İlqar Muradov: "Əvvəl dövlət televiziyasında ifalara görə qonorar alırdıq, indi yoxdur"
"Belə forumların keçirilməsi çox böyük dayaq və dəstəkdir. Gələcək nəslin musiqiçilərinin yetişməsində böyük rolu olacaq. Televiziyalardakı bayağı mahnılar, bunun qarşısının alınması, çox çətin nüanslar var".
Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində baş tutan Musiqi Forumunda iştirak edən Xalq artisti İlqar Muradov deyib.
Sənətçi verilişlərdə iştirak etməməsinin səbəbini açıqlayıb:
"Səbəb odur ki, gözəl maarifləndirici verilişlər yerinə şouya, əyləncəyə üstünlük verilir. Musiqi ilə bağlı veriliş olmalıdır. Əvvəl dövlət televiziyasında ifalara görə qonorar alırdıq, indi yoxdur. Televiziyadan hamı pul qazanır, qonaqlara qonorar verilmir. Dünyanın heç bir yerində belə şey yoxdur. Bəlkə də mən də tənqid olunacağam, təkcə özümü yox, bütün sənət adamlarını nəzərdə tuturam. Yəqin mərhələ ilə düzələr, hələ heç bir kanala təklif etməmişəm. Tək bununla bitmir, özümü verilişlərdə görmürəm".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1600 Tarix: 29 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabr