Qarabağda ermənilərin yaşayışı necə təmin olunacaq? - VİDEOMÜSAHİBƏ
Qarabağda baş verən son proseslərdən sonra azərbaycanlı və erməni əhalinin birgəyaşayış mövsuzu aktuallaşıb. Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.
Bəs Qarabağda ermənilərin yaşayışı necə təmin olunacaq?
Mövzu ilə bağlı Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov danışıb.
O bildirib ki, Azərbaycan 30 il ərzində sülh və danışıqlar zamanı daim sadiq qalıb.
"Cənab Prezidentin də bildirdiyi kimi, biz inanırdıq ki, danışıqlar yolu ilə nəyəsə nail ola bilərik. Amma zamanla gördük ki, danışıqlarda vasitəçi kimi iştirak edən subyektlər eyni zamanda danışıqların tərəfi olan Ermənistan prinsipcə münaqişənin davamlı olaraq dondurulmasına, Azərbaycanı işğal prosesi ilə barışdırmağa çalışırlar. Bu da təbii ki, Azərbaycanın maraqlarına cavab vermirdi. Nəticə etibari ilə Azərbaycan Vətən müharibəsində özünün beynəlxalq hüquqla tanınmış suveren hüquqların, sərhəd bütövlüyümüzü təmin etdi".
Daha ətraflı olaraq deputatla olan müsahibəni təqdim edirik:
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Bank kartları ilə bağlı - Daha bir qadağa