"Şuşa döyüşləri Azərbaycan tarixinə qəhrəmanlıq səlnaməsi kimi həkk olunub" - DEPUTAT

"Şuşa döyüşləri Azərbaycan tarixinə qəhrəmanlıq səlnaməsi kimi həkk olunub" - DEPUTAT"Noyabrın 8-i Azərbaycan tarixinə qızıl həriflərlə qeyd edilib".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımız hər il noyabrın 8-ni Zəfər Günü kimi qeyd edir:

"Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi və ordumuzun gücü nəticəsində zəfərlə sona çatdı. Cənab prezident İlham Əliyevin 20 illik gərgin əməyinin nəticəsində ərazi bütövlüyümüz bərpa edildi, soydaşlarımız öz doğma yurd-yuvalarında qovuşdu. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Bu gün soydaşlarımız böyük sevinc və qürurla öz dədə-baba torpaqlarına geri qayıdır".

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və ordusunun gücünü bütün dünyaya göstərdi:

"Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu ərazi bütövlüyümüzü bərpa edərək xalqımızın 30 illik böyük bir həsrətinə son qoyaraq qəhrəmanlıq dastanı yazdılar. Xüsusilə də Şuşa döyüşlərində.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Ən ağır döyüşlər Şuşa uğrunda getdi. Bilirsiniz ki, Şuşa döyüşlərində heç bir ağır hərbi texnikadan istifadə olunmadı. Azərbaycanın mərd oğulları oğullarımız yüngül silahlarla qalın meşələri, qayaları, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv edərək Şuşanı düşməndən təmizlədi. Məhz buna görə də Şuşa döyüşləri Azərbaycan tarixinə qəhrəmanlıq səlnaməsi kimi həkk olunub. Biz əldə etdiyimiz bütün zəfərlərimizi Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuza, şəhid və qazilərimizə borcluyuq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 882   Tarix: 01 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr