"Şuşa döyüşlərində ordumuz düşməni diz çökdürərək, biabırçı məğlubiyyətlə barışmağa məcbur etdi" - DEPUTAT
"Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər Azərbaycan xalqının gücünü və nəyə nail olduğunu bütün dünya sübut etdi".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, qəhrəman, mərd oğullarımız heç bir hərbi texnikadan istifadə etmədən, öz qol güclərinə Şuşanı azad etdilər:
"Dünyanın lider dövlətləri Şuşada istifadə edilən döyüş taktikasından heyrətə düşmüşdülər. 44 günlük Vətən müharibəsində 30 il öncə valideynlərin qucağında göz yaşları ilə dədə-baba yurdlarını tərk edən gənclər tank belində o torpaqlara geri qayıtdılar. Şuşa döyüşlərində ordumuz düşməni diz çökdürərək, biabırçı məğlubiyyətlə barışmağa məcbur etdi. Tək Şuşa döyüşləri deyil, digər ərazilərin də işğaldan azad edilməsi uğrunda gedən döyüşlər Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Ali Baş Komandanımızın müdrik siyasəti və ordu quruculuğu sahəsində atdığı addımlar sayəsində bu gün ərazi bütövlüyümüzü bərpa edərək 30 il həsrətində olduğumuz torpaqlara geri qayıdırıq".
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə noyabrın 8-i ölkəmizdə həm də Zəfər Günü kimi qeyd edilir.
"27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başladıq. BMT-nin qəbul etdiyi və kağız üzərində qalan 4 qətnaməsini 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Ordusu yerinə yetirdi. 44 gün davam edən döyüşlər zamanı ordumuz 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Azərbaycanın döyüş meydanında qazandığı qələbələr, Şuşanın işğaldan azad olunması Ermənistanın kapitulyasiyası aktını imzalaması ilə nəticələndi. Bununla da bir güllə atmadan Kəlbəcər, Ağdam və Laçın rayonları da işğaldan azad olundu. Bu gün artıq Xankəndində, Xocalıda, Şuşada və digər işğaldan azad etdiyimiz ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bizə bu möhtəşəm zəfərləri bizə yaşadan Ali Baş Komandana və Azərbaycanın Müzəffər Ordusuna təşəkkür edir, şəhidlərimiz qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı