Səhiyyənin Təminat Mərkəzindən 5 milyonluq tender - Qalib şirkət kimə məxsusdur?
Səhiyyənin Təminat Mərkəzi "Labservis LTD" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət Mərkəzin laboratoriya reaktivləri və digər zəruri ləvazimatların satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 128 186,23 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Labservis LTD" MMC 6 aprel 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2400 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 81, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi təmsilçisi Şahbazova Roza Qafar qızıdır. O, həm də şirkətin direktorudur.
"Labservis LTD" MMC-nin veb-səhifəsində şirkətin 1991-ci ildə təsis edildiyi bildirilir. "Labservis LTD" MMC səhiyyə sahəsində diaqnostik laboratoriyalarının kompleks təchizatı üzrə ixtisaslaşıb.
Şirkətin qanuni təmsilçisi Roza Şahbazovaya gəlincə, onun haqqında açıq mənbələrdə məlumatlar məhddudur. Araşdırmalarımız zamanı məlum olub ki, o, eyni zamanda "Eurolab" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də tibb sektorunda fəaliyyət göstərir. Bundan başqa, 2021-ci ildə Roza Şahbazova Müdafiə Nazirliyinin Baş Tibb İdarəsi tərəfindən fəxri rəmanla təltif edilib.
"Labservis LTD" MMC dövlət satınalmalarında fəal iştirak edir və əsasən iri məbləğli tenderlərin qalibi olur. Şirkət yazıda qeyd edilən tender də daxil olmaqla 2023-cü ildə 5 satınalma müsabiqəsinin qalibi seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 846 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr