Cəbrayıl Xanlarovun oğlu yeni şirkət yaratdı - Həm idarə rəisi, həm də sahibkar...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlu Nazim Xanlarov özünə yeni şirkət təsis edib.
Qaynarinfo-nun məlumatına görə, Xanlarov Nazim Cəbrayıl oğlunun qanuni təmsilçisi olduğu "AZERIFY" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, akademik Şamil Əzizbəyov, ev 95, mənzil 27 ünvanı göstərilib.
Apardığımız araşdırmaya əsasən, bir neçə ay əvvəl yaradılan "AZERİFY" MMC Qarabağda dağıdılan tarixi abidələrin bərpası və yenidənqurma işləri ilə məşğul olacaq.
Cəbrayıl Xanlarovun oğlunun və onun yaxınlarının adına Azərbaycanda və xaricdə əmlakı milyonlarla manatla dəyərləndirilən 5-dən artıq şirkət mövcuddur.
Nazim Xanlarov həm də Bakıda ayrı-ayrı ünvanlarda qeydiyyata alınmış "ATL SERVICE" MMC-nin qanuni təmsilçisidir.
"ATL SERVICE" MMC fövqəladə nallar nazirinin birinci müavini Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevin rəhbəri olduğu "ATL GROUP" şirkətinə daxildir.
Nazim Xanlarovun məmur atası Cəbrayıl Xanlarov isə "POLİ-TRANS" MMC-nin qanuni təmsilçisidir. Azərbaycan qanunvericiliyi məmurların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Nədənsə bu, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov üçün keçərli omayıb.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1225 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr