Erməni ifaçı Ələkbər Tağıyevin bəstələdiyi, Zeynəb Xanlarovanın oxuduğu mahnını oğurlayıb

Erməni ifaçı Ələkbər Tağıyevin bəstələdiyi, Zeynəb Xanlarovanın oxuduğu mahnını oğurlayıb1968-ci ildə Azərbaycan radiosunun "Qızıl fondu"na daxil edilən görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin "Sənə qurban" adlı musiqi əsərinin ermənilər tərəfindən "Garun" adı altında mənimsənilərək ifa edilməsi və Youtube-da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.

Sonxeber.az Əqli Mülkiyyət Agentliyinə istinadən xəbər verir ki, ifa olunan "Garun" adlı musiqi əsəri Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin "Sənə qurban" musiqi əsəri ilə üst-üstə düşür. Bildiririk ki, "Sənə qurban" əsəri Ələkbər Tağıyevin Azərbaycan şairi Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi və ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilmiş mahnıdır. Bəstəkar Ə.Tağıyevin "Sənə qurban" mahnısı (sözlərin müəllifi kimi Mikayıl Müşfiqin adı göstərilib) 1978-ci ilin 10 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata alınıb.

Sonralar bu mahnı erməni müğənnilər Tiqran Asatryan, Spitakci Hayko, erməni əsilli İran-ABŞ pop ifaçısı Andranik Madadyan və başqaları tərəfindən erməni dilində "Garun" (azərb. Bahar‎) adı ilə ifa edilib.

Bütün arxiv sənədləri "Sənə qurban" mahnısının Azərbaycan müəlliflərinə məxsus olduğunu göstərir. Azərbaycanın xalq artisti Z.Xanlarova xarici ölkələrdə, o cümlədən Ermənistan da daxil olmaqla keçmiş SSRİ-nin hər bir respublikasında qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa edib.

Erməni əsilli ifaçı A.Madadyan isə Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin "Sənə qurban" mahnısını mənimsəyərək onun sözlərini dəyişib və izi itirmək məqsədilə "Garun" (Bahar) adı ilə oxuyub. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir.

Youtube kanalında yerləşdirilmiş "Garun" adlı musiqi əsəri haqqında verilən məlumatda Ələkbər Tağıyevin adı göstərilməməklə müəllifin şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Ələkbər Tağıyevin əmlak hüquqları pozulmuşdur.

Qeyd etmək istəyirik ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır./BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1529   Tarix: 02 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20 sentyabr
.

Keçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf

Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd

29 sentyabr
.

Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur

23 sentyabr
.

Alim Qasımovun 1 milyon manatlıq duet iddiasına cavabı: "Bir Allah şahiddir ki..."

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə ifa etdiyi "Bu dünyanın nəyindən narahatsan"duetinə görə 1 milyon manat aldığı barədə yayılan məlumatlara aydınlıq gətirib. Alim Qasımov Qaynarinfo-ya açıqlamasında duetinin ərsəyə gəlməsində hər hansı maddi qarşılıqdan söhbət getmədiyin

22 sentyabr
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24 sentyabr
.

Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin

18 sentyabr
.

Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik

Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək

13 sentyabr
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21 sentyabr
.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27 sentyabr