Repetitor yanından çıxan məktəbli qıza taksi sürücüsü təcavüz etdi - TƏFƏRRÜAT

Repetitor yanından çıxan məktəbli qıza taksi sürücüsü təcavüz etdi - TƏFƏRRÜATFüzuli rayonunda 1985-ci il təvəllüdlü Ziya yetkinlik yaşına çatmayan Şəlaləyə (adlar şərti verilib - red.) təcavüz edib.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ziya valideynləri ilə razılaşmaya əsasən 20 oktyabr 2021-ci ildə saat 16:15-də özünə məxsus olan VAZ-21074 markalı avtomobillə Şəlaləni yaşadığı kənddən digər kəndə müəllim yanına hazırlıq kursuna gətirib.

Daha sonra avtomobilin arxa sağ qapısının salonundan açılmasını əngəlləyən düyməni yerindən çıxarıb. Şəlalə saat 18 radələrində hazırlıq kursunu bitirərək avtomobilin yanına gəlib və arxa sərnişin oturacağına oturduqdan sonra Ziya öz oturacağını tam arxaya verib.

Şəlalə Ziyanın hərəkətlərindən şübhələnib və avtomobilin qapısının şüşəsini açaraq düşmək istəyib. Lakin Ziya Şəlalənin köməksiz vəziyyətindən istifadə edərək, onun qollarından tutub, ona maneə yaradıb. Daha sonra qıza zorakılıq göstərib, seksual xarakterli digər zorakılıq hərəkətləri edib.

Şəlalə bir əlini Ziyanın əlindən çıxararaq avtomobilin qapısının şüşəsini açıb, qışqırıq salıb, yaxınlıqda olan kənd sakini onlara yaxınlaşıb. Avtomobilin qapısını açmaq istəyərkən bağlı olduğunu görüb, qışqıraraq avtomobilə bir neçə təpik zərbəsi vurub.

Bundan sonra Ziya oturduğu oturacağı əvvəlki vəziyyətinə qaytarıb. Şəlalə avtomobilin digər qapısını açaraq yerə düşüb.

İstintaq orqanı tərəfindən Ziyanın barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ziya ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, Şəlalə ilə eyni qəsəbədə yaşayır, onunla və ailə üzvləri ilə heç bir ədavəti və ya düşmənçiliyi olmayıb:

"Təxminən hadisədən 1 ay əvvəl Şəlalənin atası Sadıxla qəsəbə ərazisində qarşılaşaraq söhbət etdik. Sadıx avtomobili olmadığı üçün 80 manata qızı Şəlaləni və uzaq qohumu Əsməri Beyləqan rayonunun kəndlərindən birinin ərazisində fəaliyyət göstərən müəllimin evinə hazırlığa aparıb-gətirməyimi xahiş etdi. Təkliflə razılaşdım. Şəlalə və uzaq qohumu Əsməri hazırlığa aparıb-gətirməyə başladım".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günə kimi təxminən 8-9 dəfə qızları qəsəbədən götürüb və müəllimin evinin qarşısında düşürüb:

"Mən onları gözləmişəm, hazırlıq qurtardıqdan sonra yaşadığımız qəsəbəyə qaytarmışam. Birgə gediş-gəliş zamanı Şəlalədən xoşum gəldi. Tək qalanda Şəlaləni istədiyimi özünə deyəcəyimi planlaşdırdım".

Ziyanın sözlərinə görə, 20 oktyabr 2021-ci ildə saat 16 radələrində Sadıx mobil nömrəsinə zəng edib və Əsmərin daha hazırlığa getməyəcəyini bildirib:

"Sadıxın evinə getdim. Şəlaləni evdən götürəndə Sadıx darvazadan çölə çıxaraq təkrar Əsmərin hazırlığa getməyəcəyini söylədi. Heç bir problem olmadığını bildirdim, yola düşdük.

Yolda Şəlaləyə ondan xoşum gəldiyini bildirdim. Şəlalə isə ali məktəbə hazırlaşdığını və bu barədə heç nə düşünmədiyini dedi. Təxminən 20 dəqiqə sonra müəllimin evinə çatdıq, o, maşından düşdü. Avtomobili bir az irəli sürərək Şəlalənin hazırlıqdan çıxmasını gözlədim".

Ziya qeyd edib ki, təxminən saat 18 radələrində Şəlalə hazırlıqdan çıxıb, avtomobilin sağ arxa sərnişin oturacağına əyləşib. Bu zaman Ziya Şəlaləyə qarşı seksual xarakterli zorakı hərəkətlər edib. Daha sonra Şəlalənin qışqırığına kənd sakini gəlib.

"Həmin kişi qışqıraraq avtomobildən düşməyimi istədi. Buna görə də oturacağımı əvvəlki vəziyyətinə gətirərək aşağı endim.

Kənd sakini yaxınlaşaraq sol gözümün altına bir yumruq vurdu. Ondan hansı səbəbə məni vurduğunu soruşdum. O, yüksəkdən səs-küy salaraq ətrafda olan digər şəxslərin yanımıza gəlməsinə səbəb oldu. Yığışanlar məni əhatəyə aldılar, bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdilər. Bundan bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəldilər. Məni izahatımın alınması məqsədilə polis şöbəsinə dəvət etdilər", - Ziya ifadəsində bildirib.

Cinayət işi üzrə zərərçəkmiş Şəlalənin sözlərinə görə, oxuduğu məktəbdə 10-cu sinifdə təhsil alan Əsmərlə birlikdə təqsirləndirilən Ziyaya məxsus avtomobillə Fidan müəllimənin yanına hazırlığa gediblər:

"Oktyabrın 20-də saat 15 radələrində Əsmərin anası anama zəng etdi və qızının hazırlığa getməyəcəyini bildirdi. Anam atamla əlaqə saxladı, vəziyyəti ona dedi. Atam da Ziya ilə danışdı və məni hazırlığa tək aparacağını bildirdi. Ziyanın həyət darvazasının yanında gözlədiyini dedi.

Saat 16 radələrində evdən çıxaraq avtomobilin arxa oturacağına əyləşdim. Ziya avtomobili gedəcəyimiz kənd istiqamətində sürdü. Bir qədər getdikdən sonra arxaya tərəf dönərək mənə baxdı və məndən sevgilimin olub-olmadığını soruşdu. Mən bu sualdan çaşdım və mənə bu barədə sual verməməsini xahiş etdim. Ali məktəbə hazırlaşdığımı, başqa heç nə barədə maraqlanmadığımı dedim.

Ziya məndən xoşunun gəldiyini bildirdi. Mən isə heç bir cavab verməyərək başımı yola tərəf çevirdim. Biz Fidan müəllimənin yaşadığı evə çatdıq. Avtomobildən düşərək, hazırlığa getdim".

Zərərçəkmiş qeyd edib ki, həmin gün saat 17 radələrində hazırlıq yoldaşları Sənəm, Göyçək, Nərmin və Fatimə ilə birlikdə hazırlıqdan çıxıblar:

"Qızlar evlərinə getdilər. Mən də bir qədər aralıda dayanmış avtomobilə əyləşdim. Həmin anda Ziya pultla qapıları bağladı. Mən onun nə etdiyini başa düşmədim. Qapını açmaq istəyəndə özüm tərəfdə olan qapını açan düymənin yerində olmadığını gördüm. Tez qapının şüşəsini açmağa başladım. Ziya isə oturacağını tam arxaya verərək, şüşəni qaldırdı. Niyə belə etdiyini soruşdum, avtomobili təzə qızdırdığını, ona görə də şüşəni açmamağımı istədi.

Mən təkrar şüşəni açmağa cəhd etdim. Ziya yenidən mənə mane oldu. O, mənə qarşı seksual hərəkətlər etməyə başladı. Yenə müqavimət göstərdim və qışqırmağa başladım. Yumruqla avtomobilin şüşəsinə vursam da, ətrafda heç kim olmadığından məni eşitmədilər.

Sonra imkan tapıb avtomobilin şüşəsini açdım, qışqıraraq kömək istədim. Bu zaman avtomobilin yanından keçən tanımadığım orta yaşlı kişi səsimi eşitdi. O, avtomobilin yanına qaçdı və təpiklə avtomobilə vurmağa başladı.

Ziya kənardan kiminsə gördüyünü hiss etdi və oturacağını irəliyə doğru itələdi. Mən də bundan istifadə edərək tez digər tərəfə keçdim və qapını açaraq yerə düşdüm. Ziya da avtomobildən düşdü. Köməyə gələn şəxs, adını sonradan bildiyim Pərviz əlimdən tutaraq məni yaxınlıqda olan dükana apardı.

Zəng edərək valideynlərimə hadisə barədə məlumat verdim. Bir müddət sonra atamla anam yanıma gəldilər. Biz birlikdə Beyləqan Rayon Polis Şöbəsinə gedərək baş vermiş hadisə barədə müraciət etdik".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Ziya 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2104   Tarix: 03 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr