"Bəsitçay qoruğunda ağaclar məhv edilib, flora və faunaya külli miqdarda ziyan vurulub" - Nazir
"Bəsitçay Dövlət Təbiət Qoruğunun yarısında Şərq çinarları və digər ağaclar məhv olub, ümumilikdə flora və faunaya külli miqdarda ziyan vurulub".
Sonxeber.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Nazir xatırladıb ki, "Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı Qoruğun sanitariya-mühafizə zonası müəyyənləşdirilib, əsasnaməsi və xəritəsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub: "Qoruq ərazisində bioloji müxtəliflik komponentlərinin öyrənilməsi məqsədilə alimlərin iştirakı ilə məhdud ərazilərdə çöl-tədqiqat işləri aparılıb, flora və faunanın mövcud vəziyyəti araşdırılmışdır. 107 hektar sahəsi olan Təbiət Qoruğunun ərazisinin yarısında Şərq çinarları və digər ağaclar məhv olmuş, ümumilikdə flora və faunaya külli miqdarda ziyan vurulub. Lakin Qoruq ərazisində mina və partlamamış hərbi sursat təhlükəsi baxımından çöl-tədqiqat və təbiət obyektlərinin inventarlaşdırılması işlərinin yekunlaşdırılması, bu işlərə beynəlxalq ekspertlərin cəlb olunmasında gecikmələr var".
M.Babayev qeyd edib ki, Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqlarında, eləcə də Qubadlı, Arazboyu, Laçın və Daşaltı Dövlət Təbiət yasaqlıqlarında bioloji müxtəlifliyin və ekosistemin bərpası uzunmüddətli bir prosesdir: "İşğal dövründə baxımsız qalmış bu ərazilərdə idarəetmənin qurulması, biomüxtəlifliyinin öyrənilməsi və fəaliyyətinin yenidən təşkil edilməsində mina təhlükəsi ilə bağlı çətinliklər var. Bu səbəbdən digər xüsusi mühafizə olunan təbiət ərazilərində bu işlər növbəti mərhələdə nəzərdə tutulur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1048 Tarix: 04 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı
2 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabr