Kamran Musayev: "Ürək əməliyyatı üçün xaricə gedən azərbaycanlıların sayı kəskin azalıb"
"Bu gün ürək-damar əməliyyatı üçün xarici ölkələrə üz tutan azərbaycanlıların da sayı kəskin şəkildə azalıb".
Bunu "Report"a açıqlamasında Azərbaycanın əməkdar həkimi, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, ürək-damar cərrahı, professor Kamran Musayev deyib.
Onun sözlərinə görə, səhiyyənin ən inkişaf etmiş sahələrindən biri kardiologiya və ürək-damar cərrahiyyəsidir: "2001-ci ildə müasir ürək-damar cərrahiyyəsi deyəndə ağıla ilk gələn Mərkəzi Klinik Xəstəxana idisə, bu gün təkcə Bakı şəhərində 15-ə yaxın mərkəzdə ürək-damar cərrahiyyəsi əməliyyatları icra olunur. Regionlarda da bu tip əməliyyatlar həyata keçirilir. Həmçinin, bu gün ürək-damar əməliyyatı üçün xarici ölkələrə üz tutan azərbaycanlıların da sayı kəskin şəkildə azalıb. Bu da onu göstərir ki, insanlar həkimlərə etibar edirlər. Hesab edirəm ki, icbari tibbi sığortanın hamı üçün əlçatan olması ilə xarici ölkələrə müraciət demək olar, aradan qalxacaq".
"Ötən 20 ildə Azərbaycanda müasir ürək-damar cərrahiyyəsi dünya standartları səviyyəsinə çatdırılıb. Bunu uzun illər bu sahədə çalışan biri kimi bütün məsuliyyətimlə deyirəm. Bu gün Azərbaycanda kardiologiya və ürək-damar cərrahiyyəsi dünya standartlarına cavab verir. Çox az sayda prosedur və ya əməliyyat var ki, bu və ya digər səbəbdən bizim ölkəmizdə icra olunmur, bizim növbəti hədəflərimiz də bunlardır, xüsusilə ürək transplantasiyası...",- o, qeyd edib.
Cərrah vurğulayıb ki, əslində, təqribən 10 il bundan əvvəl ölkədə ilk süni ürək cihazlarının köçürülməsinə başlamışıq və uğurla icra olunur: "Amma donordan alınan ürəyin köçürülməsi və ya transplantasiyası əməliyyatı bu günə qədər də ölkəmizdə icra olunmayıb. İnanıram ki, artıq bu əməliyyatı icra edəcək mərkəzlər və komandalar Azərbaycanda mövcuddur və yaxın illərdə bu əməliyyatın da uğurla icra olunacağını gözləyirik",
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1079 Tarix: 04 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20 sentyabrBoyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18 sentyabrDayanmadan öskürürsünüz?
Öskürək ilin hər fəslində qarşılaşa biləcəyimiz bəladır. Bəzən bu, uzunmüddətli, bəzən isə qısa ola bilər. Axşam.az xəbər verir ki, insanı ən çox narahat edən isə uzun müddət davam edən öskürəkdir. Onu azaltmaq üçün səbəbə uyğun üsul seçmək vacibdir. Ev şəraitində bunlar faydalı ola bilər:. İlıq su v
26 sentyabrQlobal istiləşmə insanları sağlam dəridən məhrum edir
İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV
30 sentyabrYaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
"45 yaşdan sonra gücü və hərəkətliliyi uzun müddət qorumaq üçün fiziki məşqlərin müntəzəmliyi onların intensivliyindən daha böyük əhəmiyyət daşıyır". xəbər verir ki, bu barədə livanlı həkim-reabilitoloq Abdelkader Hamavi "RIA Novosti"yə açıqlamasında bildirib. Ekspertin sözlərin
20 sentyabrYüksək təzyiq zamanı duzu nə ilə əvəz etmək olar? - 10 məhsul
Yüksək arterial təzyiqi olan insanlara qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur. Lakin bu, yeməklərin dadsız olması demək deyil. Mütəxəssislər duz əvəzinə müxtəlif məhsullardan istifadə etməklə həm yeməyin dadını qorumağın, həm də natrium qəbulunu azaltmağın mümkün olduğunu bildirirlər
28 sentyabrÇoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyən 5 yanlış davranışı açıqlayıb. Mütəxəssis bildirib ki, son illərdə boyun ağrıs
26 sentyabrAlimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16 sentyabrPortağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15 sentyabr