Köçəryan oğlunu həbsdən qurtarmaq üçün gülünc metoda ƏL ATDI – DETALLAR
Ermənilər üçün müqəddəs heç nə yoxdur. Onlar özlərinin qəbul etdiyi ixtiyari qərarı həqiqət və doğru bilirlər. Bu təkcə qeyri-millətlərə qarşı münasibətdə sərgilənmir, həm də korporativ maraqlarda üzə çıxır.
Məsələn, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan bu ilin sentyabr ayının 25-də İrəvanda hökumət əleyhinə keçirilən aksiyalardakı çıxışına görə saxlanılıb.
Artıq 2 aya yaxındır ki, Levon həbsdədir. Oğlunu həbsdən xilas etmək üçün ata Köçəryan bütün variantlara əl atsa da Paşinyan güzəştə getməyib. Hələ Levonun xanımı gözəl Siranuşun çabalarını demirik. Bütün təşəbbüslərə baxmayaraq Levonun bu gedişlə hələ bir müddət həbsdə qalacağı ehtimal edilir. Lakin sabiq prezident bununla barışmaq istəmir.
Buna görə də növbəti fırıldağa əl atıb.
Köçəryan oğluna əvvəlcə deputat mandatı qazandırmaq, sonra da deputat toxunuzmazlığını əsas gətirərək onu həbsdən xilas etmək istəyir. Artıq bu istiqamətdə proseslərə start verilib. Belə ki, Köçəryanın şəxsi xahişi ilə deputat Armen Çarçyan mandatdan "imtina" edib. Beləcə, Köçəryanının partiyasının parlamentdə bir mandatı sahibsiz qalıb.
Robert Köçəryan da bu mandatı oğlu Levona peşkəş eləmək istəyir.
"Ermənistan" müxalifət fraksiyasından olan deputat Artsvik Minasyan Sputnik Ermənistan-a müsahibəsində qeyd edib ki, Levon Köçəryanın mandat alması üçün heç bir əngəl yoxdur.
Lakin, deyilənlər reallıqla qətiyyən uzlaşmır. Belə ki, Milli Assambleyada "Ermənistan" müxalifət blokunun 37 mandatı var. Levon Köçəryansa partiyanın tərtib etdiyi siyahıda 50-cidir. Bu isə o deməkdir ki, Levonun 13 nəfəri tapdalıyıb mandat alması nə Köçəryan partiyasının nizamnaməsinə, nə də ki, insanlığa sığmır. Amma unutmayaq ki, köçəryankimilər insanlıqdan uzaq olduqları üçün onlar üçün müqəddəs heç nə yoxdur.
Əsas korporativ maraqlardır.
Partiya funksioneri Artsvik Minasyan onu da bildirib ki, noyabrın 6-da partiya rəhbərliyi məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Bundan sonra Konstitusiya Məhkəməsinin qərarı ilə Köçəryan həbsdən azad ediləcək və Milli Assambleyanın növbəti iclasına qatılacaq. Beləcə, Paşinyanın hüquqi cəhətdən əl-qolu bağlanacaq. Köçəryansa revanş fürsəti qazanacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi