Rusiyanın Zəngəzurla bağlı tələbi: Nəzarət bu ölkədə olacaq...- Şərtlər açıqlandı
Elə bir vəziyyət yaranıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ən çox danışan və təşəbbüs göstərən Rusiya oldu. Azərbaycan sözsüz ki, dəhlizin açılmasını istəyir. Moskvanın isə burada daha çox fəallığı göz önündədir. Ölkəmizin dəhlizlə bağlı mövqeyi açıqlanıb. Sadəcə olaraq dəhlizə nəzarət məsələsi indi daha aktualdır.
Bunu Teleqraf.com-a Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.
O qeyd edib ki, Rusiya Zəngəzur dəhlizinə nəzarət məsələsində israrlıdır:
"Moskva bunu Qərbin təzyiqi ilə Ermənistanın istənilən vaxt dəhlizi bağlamaq riski ilə izah edir. Çünki ehtimallar var ki, erməni tərəfi Qərbdəki dostlarının istəyi ilə burada hər hansı inzibatı təsir, süründürməçilik kimi hala əl atsın. Rusiya isə dəhlizlə bağlı 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya (Azərbaycan-Rusiya və Errmənistan arasında imzalanmış bəyanat) istinad edir. Çünki bu razılaşmada açıq şəkildə göstərilir ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət edəcək".
Partiya sədri hesab edir ki, dəhlizə nəzarətlə bağlı Rusiya təsir imkanlarını daha da genişləndirə bilər:
"Moskva Zəngəzur dəhlizinin öz nəzarəti ilə açılmasını istəyir. Rusiya bununla bölgədə qalmaq, özünün iqtisadi-siyasi və geopolitik maraqlarını dəhliz üzərindən həyata keçirmək niyyətindədir".
Razi Nurullayevin fikrincə, Rusiyanın az qala dünya ölkələri ilə sərhədlərinin bağlı olması fonunda Zəngəzur dəhlizi vacib çıxış imkanıdır:
"Ruisya bununla Türkiyə üzərindən Asiyaya çıxış imkanı qazanmağı planlaşdırır. Eyni zamanda Azərbaycanın Qərb rayonları ilə Mehridən keçməklə, yəni Zəngəzur dəhlizi ilə Naxçıvan və Türkiyəyə quru yolun açılması mümkün olur. İran üzərindən yolun açılması da Zəngəzur dəhlizinin mahiyyətini azaltmır. Rusiya da bu yolun açılmasında maraqlıdır. Görünən odur ki, Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişməyəcək".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1004 Tarix: 05 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrRusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu
Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücum dünən axşam edilib və zərbədən sonra başlayan yanğın dərhal söndürülüb. Qeyd edək ki, Nüvə Tədqiqatları İnstitutunun ərasində VVR-M tədqiqat reaktoru yerləşi
1 oktyabrİsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd
29 sentyabrABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25
1 oktyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrGələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
1 oktyabr