"Ana televiziyamız müharibə dövründə informasiya savaşında ön cəbhədə yer tutdu" - DEPUTAT

"Ana televiziyamız müharibə dövründə informasiya savaşında ön cəbhədə yer tutdu" - DEPUTATAzərbaycanda hər il noyabrın 6-sı radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycan televiziyasının 67, radiosunun isə 97 yaşı tamam olur.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

"İnformasiya mühitimizdə hər bir teleradio şirkətinin öz yeri var, amma ölkənin ən qocaman televiziya və radio qurumu, Azərbaycan teleradio mühitinin şəksiz lideri, informasiya savaşında ağır artileriyamız, milli mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, incəsənətin, ədəbiyyatının tanıdılması və təbliği istiqamətində müstəsna rol oynayan unikal institutumuz olan "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC yalnız xəbər istehsalçısı deyil, həm də milli məfkurə, dil, tarix, mənəviyyat məsələri ilə bağlı dövlət siyasətinin realizə olunmasında əvəzsiz roluna görə heç bir media qurumla nəinki rəqabət aparmır, əksinə ölkə teleradio mühiti üçün yol və cığır açır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bu gün ana televiziyamız sözün əsl mənasında günün tələbləri ilə ayaqlaşır, dəyişir, inkişaf edir. Son illərədək AZTV -yə yalnız rəsmi informasiyaları üçün üz tutan auditoriya bu gün artıq Azərbaycan Televiziyasına həm də ən operativ informasiya mənbəyi kimi baxır.

"AZTV-nin Vətən müharibəsi və Antiterror tədbirləri dönəmində fəaliyyəti isə ayrıca tədqiqat mövzusu olmalıdır. Ana televiziyamız müharibə boyu Müzəffər Ali Baş Komandanın əsas yardımçılarından biri kimi informasiya savaşında ön cəbhədə yer tutdu. Müharibənin ən qaynar nöqtələrindən AZTV əməkdaşlarının səsini eşidib, ən azı telefon çəkilişi ilə olsa da tamaşaçıya anında hadisə yerindən vizual informasiya təmin olundu. Bu yolda verdiyi qurbanlar milli televiziyamızın əzmini qıra bilmədi, əksinə, döyüş ruhunu gücləndirdi, müharibə cinayətləri, o cümlədən, ermənilərin Tərtər, Bərdə və Gəncədə mülki sakinlərə qarşı törətdiyi vəhşiliklərin ifşa olunmasında dövlət televiziyası unikal operativlik nümunəsi ortaya qoydu. Bu gün, postmüharibə reallığında isə Zəfərimizin nəticələrinin davamlılığının təmin olunması üçün Azərbaycan Televiziyası işğaldan azad olunmuş ərazilərimizdə Müzəffər Prezidentimizin izi ilə qarış-qarış gəzərək dövlətimizin diqtə etdiyi yeni situasiyanı dünyaya car çəkməklə, milli həmrəyliyimizin möhkəmləndirilməsinə yönəli təbliğatla, azərbaycançılıq məfkurəsini, cənab İlham Əliyevin milli maraqların təmininə yönələn alternativsiz siyasi kursunu rəhbər tutaraq informasiya sərhədlərimizin əsas qoruyucularından biri kimi şərəflə xidmətini davam etməkdədir.
Teleradio işçilərinin peşə bayramında AZTV başda olmaqla bu sferada bütün milli ruha və peşəkar əqidəyə sadiq qalan bütün teleradio kollektivlərini təbrik edir, daha güclü Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzulayırıq".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 904   Tarix: 06 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr