Aftandil İsrafilovun mahnısını gürcülər erməni bəstəsi kimi təqdim etdilər - Video

Aftandil İsrafilovun mahnısını gürcülər erməni bəstəsi kimi təqdim etdilər - VideoMərhum Xalq artisti Aftandil İsrafilovun illər əvvəl bəstələdiyi "Basqalı" mahnısı Gürcüstan televiziyasında verilişlərin birində səsləndirilib.

Sonxeber.az xəbər verir ki, bu haqda Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə paylaşım edib. Onun yayımladığı videoda gürcü uşaqların mahnını gürcü dilində oxuyub, rəqs etməsi əks olunub.

B.Bağırzadə "Əziz dostlar, baxın, bu gözəl istedadlı gürcü uşaqları bizim möhtəşəm bəstəkar və qarmon ustadı Avtandil İsrafilovun "Basqalı" rəqs kompozisiyasını necə ifa edirlər. Bu musiqi hələ ötən əsrin 70-ci illərində yazılıb və bu gün gürcü uşaqları bu bəstəyə söz qoşub, ifa edirlər" deyə, paylaşımında yazıb.

Bəhram daha sonra paylaşımında əlavə edib ki, "Basqalı" gürcü kanalında erməni bəstəsi "Şalaxo" kimi təqdim olunub:

"Qonşularımız" heç vaxt sakitləşməyəcək! Onlar artıq hər şeyi - iki dəfə müharibəni, qonşu ölkələrin etimadını, Qafqazın sakinləri adlandırılmaq haqqını və şərəfini itiriblər. Amma bitməmiş ilan kimi hələ də əllərinə düşən hər şeyi öz zəhərləri ilə zəhərləməyə çalışırlar. Ona görə də mən Azərbaycan Mədəniyyət Nazirliyinə müraciət edirəm - zəhmət olmasa öyrənin niyə Azərbaycan musiqisi erməni kimi təqdim olunur? Bəlkə gürcü dostlarımız bu musiqinin müəllifinin kim olduğunu sadəcə olaraq bilmirlər? Gürcüstan telekanalının əməkdaşları ilə əlaqə saxlamaq lazımdır ki, əsl bəstəkar Avtandil İsrafilovu göstərsinlər".

Qeyd edək ki, Aftandil İsrafilov bu il aprelində 82 yaşında dünyasını dəyişib. Qarmon ustadı İkinci Fəxri Xiyabanda dəfn olunub./Axşam.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 895   Tarix: 06 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda VƏZİYYƏT TAMAM DƏYİŞİB: Havalar belə olacaq - Ekoloq

Son illərdə yaz mövsümü başlasa da, havaların nisbətən daha soyuq keçməsinin şahidi oluruq. Xüsusilə yağıntılı günlərin artdığı müşahidə olunur. Artıq aprel ayının ortaları olsa da, hələ də respublika ərazisində qar, güclü yağışlar və hətta dolu düşməsi müşahidə olunur. xəbər verir ki, bəzi hallard

19 aprel
.

Quru sərhədlər AÇILIR? - Bu şəxslər artıq...

Azərbaycanda quru sərhədlərin uzun müddətdir bağlı qalması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə, ikili vətəndaşlığı olan şəxslərin üzləşdiyi çətinliklər, onların sərbəst hərəkət imkanlarının məhdudlaşması və xaricdəki iş, ailə və sosial öhdəlikləri bu məsələni daha da aktuallaşdırır

19 aprel
.

Banka borcunu ödəməyənlərə yeni QAYDA

İcra məmurlarının hüquqları genişləndiriləcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan "Dövlət icra məmurları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan qanun

18 aprel
.

Bakıda ağacları kim kəsib? - Video-Fotolar-Yenilənib

Paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində 10-dan çox göyrüş ağacı kəsilib. "Qafqazinfo" AZTV-yə istinadən xəbər verir ki, ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinə edilən müraciət əsasında kəsilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, piyada səkisində vətəndaşları

17 aprel
.

Hərbi xidmətdən yayınanlara XƏBƏRDARLIQ EDİLDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi xidmətdən yayınanlara xəbərdarlıq edib. xəbər verir ki, qurum vətən qarşısında borcunu ödəməkdən boyun qaçıranları həbs cəzası gözlədiyini açıqlayıb. Bildirilib ki, Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdə

18 aprel
.

Güclü külək əsəcək (XƏBƏRDARLIQ)

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasınd

17 aprel
.

Zəhərlənən qadın 15 gün sonra öldü

Bakıda zəhərlənən qadın 15 gün sonra ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Aprelin 2-sində sirkə turşusundan zəhərlənən A.Abdunova ötən gün saat 03 radələrində xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır

18 aprel
.

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Paytaxtda premium zonalar Səbail, Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonunun bir hissəsi qeyd olunmaqla bu rayonların ərazisində olan küçələri və rezidensləri əhatə edir. Nəsimi rayonunda əsasən "Port Baku" ətrafında qiymətlərin yüksək həddi qeyd olunub. 28 May və Səməd Vurğun ərazilərində

18 aprel
.

Uşaqların altısı internata verildi, biri valideynlərində qalacaq - SƏBƏB

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq valideynlərin razılığı əsasında dövlət himayəsinə veriləcək. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "Report"un yerli bürosunun sorğusuna cavab olaraq yeni tədris ili başlayandan sonra həmin uşaqlar Bilgəhd

19 aprel