Səmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏR

Səmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏRBu gün bir çox insanı valeh edən Qütb işıqları haqqında az-çox elmi məlumatımız var. Bu məlumatlar bizə həm kosmosdan yayımlanan görüntülər, həm Şimal İşığı tətbiqlərindəki elmi dəyərlər, həm də gözəl fotoşəkillər vasitəsilə təqdim olunur. Bizi özünə heyran edən bu təbiət hadisəsinin hansı hekayələri var?

Şimal işıqları kimi bildiyimiz "Aurora Borealis" sözlərinin etimoloji mənşəyi yunancadır. "Aurora" günəşin doğuşu, "borealis" isə külək deməkdir. Yunan mifologiyasında Aurora Borealis
Günəş Tanrısı Helios və Ay Tanrısı Selinenin bacısıdır. Onun məqsədi səmada qardaşlarına günəşin doğuşunu müjdələməkdir. Başqa sözlə desək, günəşin doğuşu küləyini əsmək deməkdir. Roma mifologiyasına görə Şimal İşıqları Şəfəq ilahəsi kimi qəbul edilir. Başqa sözlə desək, günəşin doğuşu ilə küləyin əsməsi deməkdir. Şimal işıqlarının vətəni Skandinaviya ölkələridir. Bu yerlər ən gözəl görüntülərə şahid olduğu üçün ən fantastik hekayələr də buraya aiddir. Məsələn, İslandiyada doğuş zamanı qadın göyə baxmasa, Şimal işıqları və ya Avroranın doğuş ağrısını azaldacağına inanırlar. Qadın səmaya baxsa, uşaq gözləri çarpaz doğular. İsveçlilər üçün işıqlar tanrılar tərəfindən şimaldakı bir vulkandan göndərilən əfsanədir və gələcək ilin məhsuldar olacağından xəbər verir. Vikinqlər arasında isə işıqların müharibədə həlak olmuş qadın qəhrəmanların (Valkirilərin) ruhlarını Skandinaviya mifologiyasındakı tanrıların atası Odinin bu canları gözlədiyi məkana (Valhalla) daşıdığına inanırlar.
Səmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏRDünyanın ən gözəl təbiət hadisələrindən biri hesab edilən şimal işıqları və ya qütb işıqları, şübhəsiz ki, hər kəsin həyatında ən azı bir dəfə görmək istədiyi təbiət hadisələrindən biridir. Şimal işıqları ümumiyyətlə Şimal yarımkürəsində görülür və izlənilir. Gecə səmasında görünən bu rəngli işıq şüaları xüsusilə gecələrin daha uzun olduğu avqust-aprel ayları arasında müşahidə edilir. Şimal işıqlarının ən yaxşı görüntülərini izləmək üçün gecənin qaranlıq, səmanın açıq olması gözlənilir. Bu işıqlar Yerin maqnit sahəsi ilə formalaşır və daim dəyişir. Bu gözəl mənzərə daim dəyişdiyi üçün "ruhların rəqsi" də adlanır.

Bəs astronomik təbiət hadisəsi olan şimal işıqları necə baş verir?

Şimal işıqları əslində Günəş atmosferindən ayrılan yüklü hissəciklər ilə Yer atmosferindəki qaz hissəciklərinin toqquşması nəticəsində baş verir. Bu toqquşmaları meydana gətirən hissəciklərin növü fərqli rənglərin meydana gəlməsinə səbəb olur. Ən çox sarımtıl və yaşılımtıl rənglərdə görünür. Bu işıq şüaları səthdən təxminən 96 kilometr yüksəklikdə yerləşən oksigen molekulları ilə meydana gəlir. Nadir qırmızı şimal işıqları isə 200 kilometrə qədər yüksəklikdə oksigen və azot ilə yaranır. Bu qırmızı rəngli işıqlar mavi və ya bənövşəyi-qırmızı işıq yaradır.

Səmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏRQütb işıqlarının niyə müxtəlif yollarla meydana gəldiyi hələ də elm adamları tərəfindən araşdırılır. Avroraların müxtəlif formada əmələ gəlməsinin səbəbinə elm adamları hələ də qəti cavab tapa bilməsələr də, təsnifat aparmağa nail olublar. Qütb işıqları üç fərqli şəkildə görünür. Bunlar: qövsvari (göy qurşağını xatırladan), zolaq şəkilli və sütun şəkilli auroralardır.

Günəşin səthinin istiliyinin milyonlarla dərəcə selsi olduğu bilinir. Belə yüksək temperaturda qaz molekulları arasında toqquşmalar da tez-tez və partlayıcı olur. Günəş fırlandıqca, onun atmosferində buraxılan protonlar və elektronlar maqnit sahəsindəki boşluqlardan qaçır, Günəş sistemi boyunca dağılır və günəş küləkləri vasitəsilə Yerə çatır. Qaz hissəciklərinin çoxu Yerin maqnit sahəsinin təsirindən yayınır. Lakin Yerin maqnit sahəsi hər iki qütbdə zəif olduğu üçün hissəciklərin bir hissəsi Yer atmosferinə daxil olur və qaz hissəcikləri ilə toqquşur. Bu toqquşmalar şimal işıqları kimi qəbul etdiyimiz işığı yayır. Bu işıqlar yer səthindən 80 kilometr yüksəklikdən 640 kilometr yüksəkliyə qədər dəyişir.

Səmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏRQütb işıqları və ya Avrora Borealis, şübhəsiz ki, dünyanı daha möhtəşəm və gözəl bir yerə çevirir. Şimal işıqları bir çox insanın yaxından görmək istədiyi və görənlərin həyatları boyu unuda bilməyəcəyi unikal təbiət hadisəsidir. BiG.AZ valeh edən görüntüləri təqdim edir:
Səmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏRSəmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏRSəmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏRSəmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏRSəmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏRSəmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏRSəmanın möhtəşəm şousu: Qütb işıqları necə yaranır? - ECAZKAR GÖRÜNTÜLƏR


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2933   Tarix: 07 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü

16 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Uşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı

Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe

18 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr