Prezidentin "general-mayor" ali hərbi rütbəsinə layiq gördüyü hərbçilər - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üç hərbi qulluqçusuna "general-mayor" ali hərbi rütbəsi verilib.
Sərəncamda qeyd edilən hərbçilər polkovnik Fərid Əlibaba oğlu Əliyev, polkovnik Namiq Süleyman oğlu Bayramov, polkovnik Müşfiq Xıdır oğlu Məmmədovdur.
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, polkovnik Fərid Əlibaba oğlu Əliyev bundan öncə Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Polkovnik bu ilin yanvar ayında vəzifəsindən istefa verib. F. Əliyev qeyd edilən vəzifəyə 2018-ci ildə təyin olunub, 36 yaşı var.
Məlumata əsasən, Fərid Əliyev Sabunçu Rayonu İcra hakimiyyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. O, hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır.
Prezidentin general-mayor" ali hərbi rütbəsinə layiq gördüyü üç nəfərdən biri - Müşfiq Məmmədov isə Azərbaycanın Ankaradakı səfirliyinin hərbi attaşesidir. O, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edir. O, 2020-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Digər zabitimiz Namiq Bayramov isə 2015-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib. O, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda Hava Hücumundan Müdafiə İdarəsində qərargah rəisi vəzifəsini icra edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb