Zaxarova: "Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Rusiya sərhədçiləri nəzarət etməlidirlər"-VİDEO
"İrəvanın təşəbbüsü son illər Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunan layihələrlə bir çox cəhətdən uzlaşır".
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, üçtərəfli işçi qrupu regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə məşğuldur. Rusiya hesab edir ki, bu proses İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynayır, sabitliyə, həmçinin Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir.
Zaxarova xatırladıb ki, üç ölkənin liderləri 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatların başa çatmasından cəmi bir neçə ay sonra birgə işçi qrup yaratmaq barədə qərar qəbul ediblər.
"Artıq bu qrupun 12 iclası keçirilib, regional logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmir yolu və avtomobil kommunikasiyaları üçün optimal layihələrin seçilməsi daxil olmaqla, böyük həcmdə işlər görülüb. Tərəflər üçün faydalı olacaq paket həllinə çox yaxınlaşmağa nail olunub", - deyə rusiyalı diplomat bildirib.
Zaxarova təəssüflə qeyd edib ki, hələlik bu məsələləri başa çatdırmaq mümkün olmayıb. Onun sözlərinə görə, kimlərdəsə bunu etməyə, sadəcə, siyasi iradə çatmır və bu, Rusiya deyil.
Rusiya XİN nümayəndəsi Moskvanın Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış Üçtərəfli bəyanatlara əsasən regionda nəqliyyat kommunikasiyaların açılması proseslərinə bütün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqləyib.
Kommunikasiyaların mühafizəsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin strukturunda xüsusi bölmənin yaradılmasına gəlincə, o aydınlaşdırıb ki, adıçəkilən üçtərəfli sazişlərə müvafiq olaraq, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən həyata keçirilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb