İsrail və HƏMAS danışıqlara başladı
ABŞ-ın "CNN İnternational" və "New York Times" nəşrləri İsrail və HƏMAS arasında girovlar üçün danışıqların başladığını və iki fərqli təklifin müzakirə edildiyini iddia edib.
Musavat.com xəbər verir ki, "New York Times"in adı açıqlanmayan ABŞ rəsmilərindən aldığı məlumata görə, masadakı təkliflərdən biri odur ki, HƏMAS-ın döyüşlərdə qısamüddətli fasilə qarşılığında israilli qadın və uşaqlar daxil olmaqla 10-20 mülki girovu azad edəcəyi gözlənilir.
Qəzet iddia edir ki, şərtlər yerinə yetirilərsə, say 100-ə qədər arta bilər.
Digər təklifdə bildirilir ki, HƏMAS-ın daha çox humanitar yardım, xəstəxanalar üçün yanacaq və bütün mülki vətəndaşların azadlığa buraxılması müqabilində İsrail həbsxanalarındakı qadın və uşaqların sərbəst buraxılması istənilir. Lakin İsrail rəsmilərinin məhbusların azad edilməsində qərarsız olduğunu bildirib.
"CNN İnternational" da münaqişədə bir müddətlik fasilə nəzərdə tutan təklif çərçivəsində girovların mərhələli şəkildə azad ediləcəyini, qadın və uşaqlara üstünlük veriləcəyini yazıb. Bildirilib ki, HƏMAS rəsmiləri hərbi yaşda olan israilli kişiləri və İsrail əsgərlərini tezliklə azad etmək niyyətində deyil.
Hər iki qəzet Qətərin İsrail və HƏMAS arasında vasitəçi rolunu oynadığını və ABŞ-ın yüksək rütbəli rəsmilərinin danışıqlarda iştirak etdiyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1462 Tarix: 11 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər
Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini
12 iyulRubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin
12 iyulCNN: Oman Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib
Oman Maskatda keçirilən danışıqlar zamanı İrana Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib. "Report" xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb. "Oman sularından keçən cənub marşrutu üzrə gəmilərin sərbəst hərəkəti təmin ediləcək. İra
12 iyulElbrus dağında turist ÖLDÜ: İstintaq başladıldı
Elbrus dağında bir turist gözlənilmədən ölüb. xəbər verir ki, bu barədə Kabarda-Balkariya üzrə İstintaq Komitəsinin idarəsi məlumat yayıb. "Rusiya Federasiyası İstintaq Komitəsinin Kabarda-Balkariya Respublikası üzrə istintaq orqanları tərəfindən Elbrus dağında turistin ölümü faktı ilə bağlı ilki
11 iyulRusiyada balıqçılar adam boyda tunes tutublar - FOTO
Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar. bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir. Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçıla
12 iyul