Füzulidə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
Zəfər Günü tədbiri Özbəkistan Respublikası Prezidentinin özbək xalqı adından hədiyyə olaraq inşa olunan Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə gerçəkləşib. Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanı əməkdaşları, Füzulidə məskunlaşan ailələr, məktəb kollektivi və digər qonaqlar iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ümumilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, şəhid bacısı Könül Məmmədova, qazi Cümşüdzadə Vüsal çıxış edərək əldə olunan parlaq qələbədən danışıblar. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun gücü sayəsində torpaqlarımız azad edilib və ərazi bütövlüyümüz təmin olunub. Həmçinin diqqətə çatdırılıb ki, işğaldan azad olunan digər rayonlarımız kimi Qarabağın dilbər güşələrindən olan Füzuli torpaqlarında da həyat canlamağa başlayıb və bu günlər Füzuli sakinləri üçün gələcək firavan həyatın başlanğıcıdır. Daha sonra Zəfər Gününə həsr olunmuş video nümayiş olunub.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra muğam konserti başlayıb. Xanəndələrin vətənpərvər ruhlu ifaları dinlənilib. Xatirə fotosu çəkildikdən sonra təşkil edilən atəşfəşanlıq Füzuli sakinləri tərəfindən maraqla qarşılanıb.











Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 377 Tarix: 09 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabr"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabr