Naxçıvanda şəhid ailələrinə, qazilərə mənzillər və avtomobillər verilib - FOTO
Naxçıvanda şəhid ailələrinə, qazilərə və sağlamlıq imkanları məhdud şəxslərə mənzillər və avtomobillər təqdim olunub.
Noyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb.
İkinci Qarabağ müharibəsinin üç şəhidinin ailəsinə, 14 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş bir nəfərə yeni mənzil təyin olunub, beş qaziyə və iki sağlamlıq imkanları məhdud şəxsə isə avtomobillər təqdim edilib.
F.Nəcəfli bu ilin ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olduğunu qeyd edərək deyib ki, Müzəffər Ali Baş Komandanımızın iştirakı ilə Zəfər Bayramının 3-cü ildönümünü Xankəndidə zəfər paradı ilə qeyd olunub:
"Bu fəxarəti bizə qalib ordunun qalib əsgərləri yaşatdı. Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitlərinin də həmin paradda iştirakı xüsusilə qürurverici idi".
O qeyd edib ki, dövlətimiz hər zaman şəhid ailələri və qazilərimizin yanındadır:
"Onların sağlamlığı daim diqqətdə saxlanılır, həyat şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl sosial layihələr həyata keçirilir. Naxçıvanda şəhid ailələri və qazilərlə bağlı ictimai birliklərin yaradılması bu layihələrin daha da koordinasiyalı şəkildə yerinə yetirilməsinə, onların problemlərinin daha operativ həllinə imkan verəcək".
Səlahiyyətli nümayəndə Zəfər Bayramının 3-cü ildönümü və antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması münasibətilə təbriklərini çatdırıb, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.
Şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq edib, Zəfər Günü və digər bayramlar münasibətilə təbriklərini çatdırıb.
Şəhid ailələrinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan, Ordubad, Babək, Şahbuz, Culfa şəhərlərində, eləcə də Sədərək rayonunun Heydərabad və Kəngərli rayonunun Qıvraq qəsəbələrindəki yaşayış binalarında yerləşir./Oxu.az










Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Minimum əmək haqqı nə zaman artırılacaq?
Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı
Bu ərazidəki 22 ev söküləcək: Sakinlərə kompensasiya veriləcək
Rayonlarda intensiv yağış, qar yağacaq, dolu düşəcək
Bu şəxslərə hər ay 1000 manat mükafat veriləcək
Qəzada həlak olan 6 azərbaycanlının kimliyi bilindi - Foto
Boşanmalar niyə artır? - SOSİOLOQLAR AÇIQLADI
May pensiyaları ödənildi
Müəllimin dərs zamanı geyimini görənlər şok olur - VİDEO
Bibərin yanında qətiyyən əkilməyəcək bitkilər: ən pis "qonşular"
Çində uşaq qaçırılması və orqan iddiaları: sosial şəbəkələrdə yayılan görüntülər müzakirə yaratdı - VİDEO
"Gənclik"dəki tuneldə ağır qəza - Yaralılar var - Video
Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
Gənc qız müəlliminin əlindən qurtulmaq üçün çılpaq halda özünü binadan atıb
3 cəzanı eyni anda aldı - Məbləğ dodaq uçuqlatdı