Bu gündən Azərbaycanda istilik mövsümü başlayır
"Azəristiliktəchizat" ASC 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıq tədbirlərinin icrası haqqında məlumat açıqlayıb.
Qurumdan Sonxeber.az-a verilən məlumata görə, 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə 2023-cü il ərzində 1000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılmış və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib;
- Görülən işlər çərçivəsində 1260 ədəd qazan aqreqatı və onların odluqları, 486 dəst istilik mübadilə aparatları, 3200 ədəd nasos, 3340 ədəd mühərrik, 16 000-dən çox müxtəlif diametrli siyirtmələr, 561 ədəd elektrik avadanlığı, nəzarət ölçü cihazları və avtomatika avadanlığı həmçinin digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib.
- 727 ədəd dirsək, 94 ədəd siyirtmə, 100 ədəd ventil, 8 ədəd nasos, 8 ədəd mühərrik, 15 ədəd istilik mübadilə aparatı yenisi ilə əvəz edilmiş, 35 qazan aqreqatı, 13 ədəd nasos, 320 ədəd siyirtmə, 11 ədəd mühərrik əsaslı təmir edilib;
Ətraflı
- 522 ədəd qazan aqreqatı, 1004 ədəd nasos, 6800 ədəd siyirtmə, 750 ədəd mühərrik cari təmir edilib;
- 1260 ədəd qazan aqreqatı, 151 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 12 ədəd qazan aqreqatı və 23 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib;
Ümumilikdə 2023-2024-cü illər payız-qış mövsümündə 49 000-dən çox qurğu və avadanlıqların, nəzarət ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Bakı şəhərində və digər rayonlarda payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 666 Tarix: 15 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr