Sabir Rüstəmxanlı: Otuz ildir pansionatda qalıram
Mən təxminən otuz ildir ki, bizim pansionatda qalıram, iki otaqlı mənzilim var.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında" Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat Sabir Rüstəmxanlı deyib.
Sabir Rüstəmxanlı bütün yazı-pozu işlərinin ora ilə bağlı olduğunu söyləyib: "Sakit bir yerdir. Amma orda biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orada güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan millət vəkili, yəni mən belə qala bilmirəm. Mən məcburam orda qalam, başqa imkan yoxdur. Amma mən orda biznesmen kimi qalıram. Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harada görülüb? Nəyə görə belə olmalıdır? Nazirlər Kabinetinin işçiləri, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna millət vəkilinin statusunun aşağı salınması kimi baxıram. Milli Məclisin statusu aşağı salına bilməz. Bu, Azərbaycanın dövlət müstəqilliyində xüsusi xidməti olan bir orqandır. Millət vəkilləri də ən ağır yükü daşıyır. Millətlə üz-üzə, camaatın şikayətlərini qəbul edir. Gərgin, əsəbi... Bu otuz ildə nələr çəkmişik, hamı bilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1022 Tarix: 15 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr