"Azərbaycan xalqının maraqların hədəfə almış heç bir cinayətkar ədalət mühakiməsindən kənarda qala bilməz"-ŞƏRH
"Antiterror tədbirlərinin ardınca Qarabağ iqtisadi rayonumuzda mövcud olmuş separatçı rejimin ələ keçirilən vəzifəli şəxslərinin hər birinə qarşı konkret cinayət əməlləri üzrə ittihamlar irəli sürülüb".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, onların hər birinə qarşı şəxsiyyət, sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinə istinad etmək üçün çoxsaylı səhih, təkzibedilməz faktlar var.
"Onların demək olar ki, hamısı törətdiyi əməlləri özləri ifadələrində təsdiq edib və Azərbaycan xalqına və Azərbaycan dövlətinin mənafelərinə münasibətdə törədilmiş cinayətlərin əsas təşkilatçısı, təhrikçisi və icraçısı qismində çıxış etdiklərini etiraf ediblər.
Bu mənada, həmin şəxslərin bu gün Qərbdən müdafiə olunması ikili standartların və riyakarlığın ən bariz göstəricisidir.
Bir qayda olaraq demokratiya, insan haqları, qanunçuluq və qanun qarşısında bərabərlik prinsipindən dəm vuran, özünü ədalət mücəssəməsi elan edən çoxsaylı Qərb subyektləri, o cümlədən Fransa bu gün faktiki olaraq əməlləri təkzibolunmaz dəlillərlə sübut olunmaqda olan canilərin vəkili kimi çıxış edir.
Lakin, təbii ki, Azərbaycan müstəqil iradə sahibidir. Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqlarını, mənafelərini hədəfə almış heç bir cinayətkar ədalət mühakiməsindən kənarda qala bilməz və hər kəs törətdiyi əməlin cəzasını mütləq qaydada almalıdır.
Bu prosesə nə Fransa, nə hər hansı üçüncü bir subyekt qarışa, müdaxilə edə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 942 Tarix: 16 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabr