DTX-nin cinayət başında yaxaladığı şəxslə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İsrailin Bakıdakı səfirliyinə hücumun qarşısını alıblar.
Bu barədə İsrailin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, iranəsilli olduğu güman edilən silahlı şəxs İsrailin Azərbaycandakı səfirliyinə daxil olmağa cəhd göstərib, lakin Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən qarşısı alınıb. O, həbs edilib və dörd ay müddətinə nəzarət altına alınıb./BAKU.WS
***09.07
Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.
M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2092 Tarix: 17 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabr