Ədliyyə Nazirliyin sabiq əməkdaşı ilə bağlı QƏRAR
Gəncə Apellyasiya Məhkəməsində Şəmkirdə dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən Razim Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Sonxeber.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləmiş Razim Əliyevin qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş material və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
İbtidai istintaqla Razim Əliyevin 2019-2020-ci illər ərzində həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını mənimsəməsinə, ümumilikdə yeddi nəfər şəxsin cəmi 40 min 600 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Razim Əliyevə Cinayət Məcəlləsinin 178.2 (dələduzluq- öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 770 Tarix: 17 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabr