Bakıda ağır qəza - İki nəfər öldü - FOTO
Bakıda yolda dayanan nasaz avtomobil qəzaya səbəb olub, iki nəfər ölüb.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, bu gün saat 06:50 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində "Mercedes" markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü nəqliyyat vasitəsini hərəkətdə olduğu ən sol zolaqda dayandırıb və zəruri təhlükəsizlik tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb.
Bu zaman, arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən "Honda" markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub ki, nəticədə ""Mercedes" markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib. Hazırda faktla bağlı araşdırma aparılır.
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinə paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra nasazlığı aradan qaldırmağa başlamalı, texniki yardım istəməlidir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1646 Tarix: 18 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı
Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa
21 sentyabrTanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Müəyyən edilib ki, o, bir vətəndaşı
26 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrBakı sakininin maşını Şuşada minaya düşdü
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili
28 sentyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrZəlzələ zamanı jurnalistlərin işi tərk etməməsi təqdir edildi - VİDEO
Türkiyənin Şanlıurfa şəhərinin Karaköprü rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin ocağı təxminən 7,4 kilometr dərinlikdə yerləşib. Təkanları hiss edən bəzi sakinlər təhlükəsizlik məqsədilə ev və iş yerlərindən çıxaraq açıq ərazilərə üz tutublar
24 sentyabrAğsuda dağlıq ərazidə yanğın - Video
Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməs
28 sentyabrQızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabr