"Foreign Affairs"dən Ukraynaya hərbi əməliyyatları dondurmaq barədə mesaj

"Foreign Affairs"dən Ukraynaya hərbi əməliyyatları dondurmaq barədə mesajABŞ-nin məşhur "Foreign Affairs" jurnalı ölkəsində ən nüfuzlu xarici siyasət jurnallarından biri hesab olunur.

Uzun tarixi ərzində jurnal öz səhifələrində bir sıra vacib hesab olunan məqalələri, o cümlədən Corc Kennanın 1947-ci ildə nəşr olunmuş "Х Article" yazısını, həmçinin 1993-cü ildə nəşr olunan Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" adlı məqaləsini dərc etmişdir.

İndi də bu mötəbər nəşr Ukraynaya proqram xarakterli istiqamət verir: Rusiyanı məğlub etməyin mümkünsüzlüyü ilə barışmaq və aktiv hərbi əməliyyatları dondurmaq.

"Atəşkəs insanların həyatını xilas edəcək, iqtisadiyyatın bərpasına başlamağa imkan verəcək, Ukraynaya daxil olan qərb silahlarını döyüş meydanında tez xərcləməkdənsə, onları Ukraynanın uzunmüddətli təhlükəsizliyinə sərmayə qoymağa imkan yaradacaq.
Atəşkəsin dəqiq şərtləri - vaxt, təmas xəttinin dəqiq yeri, silah və qüvvələrin çıxarılması prosedurları, monitorinq və icra müddəaları geniş beynəlxalq nəzarət altında, BMT-nin yaxud da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatınln (ATƏT) himayəsi altında işlənilib hazırlanmalıdır. Bunu müəlliflər - Amerika Beynəlxalq Əlaqələr üzrə Şurasının keçmiş prezidenti, "Centerview Partners"ın baş məsləhətçisi Riçard Natan Has və Corctaun Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, Barak Obama administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında Avropa məsələləri üzrə baş direktor vəzifəsində çalışıb Çarlz Kupçan tövsiyə edir" – deyə dərc olunan materialda qeyd olunur.

"Ukraynanın Qərbdəki dostları ukraynalılar üçün acı həbi şirinləşdirə bilər və şirinləşdirməlidir. ABŞ və NATO-nun bəzi üzvləri (Ukraynanın dostları koalisiyası) təkcə uzunmüddətli iqtisadi və hərbi yardım göstərmək deyil, həm də Ukraynanın müstəqilliyini təmin etmək öhdəliyini götürməlidirlər. Bu öhdəlik NATO Müqaviləsinin bir üzvün "ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi" üçün təhlükə yarandıqda dərhal məsləhətləşməni nəzərdə tutan 4-cü maddəsinə əsaslanmalıdır. Bu yaxınlarda Kiyevlə üzvlük danışıqlarına başlamaq niyyətini açıqlayan Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olması üçün vaxt cədvəlini qısaltmalı, Ukraynaya xüsusi razılaşma təklif edərək Aİ-nin işini asanlaşdırmalıdır. Qərb müttəfiqləri də açıq şəkildə bildirməlidirlər ki, Rusiyaya qarşı sanksiyaların əksəriyyəti Rusiya qoşunları Ukraynanı tərk edənə qədər qüvvədə qalacaq və onlar Ukraynaya danışıqlar masası arxasında ərazi bütövlüyünü bərpa etməyə kömək edəcəklər" – "Foreign Affairs" vurğulayır.

"Tamamilə mümkündür ki, ABŞ-da 2024-cü il prezident seçkilərindən sonra qarşılıqlı formada razılaşdırılmış atəşkəs və sonrakı ərazi danışıqları üçün perspektivlər nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq. Əgər qalib gələn tərəf davamlı transatlantik həmrəyliyə və Ukraynanın təhlükəsizliyini və suverenliyini təmin etmək üçün gələcək səylərə sadiq olacaqsa, o zaman Putinin vaxtın Rusiyanın xeyrinə işləməsinə inanmağına heç bir əsası olmayacaq. Ancaq hələ ABŞ-dəki seçkilərə tam bir il var və onlar elə bir nəticəyə gətirib çıxara bilər ki, Ukrayna məğlub duruma düşər. Nə Vaşinqton, nə də Kiyev belə bir riskə getməməlidir. ABŞ siyasi-hərbi reallıqları əks etdirən yeni strategiyaya keçid üçün indi Ukrayna ilə işləməlidir. Fərqli davranmaq - Ukraynanın gələcəyi ilə ağılsız risk hərəkət etmək demək olacaq" – deyə bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 784   Tarix: 19 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

Rusiyanın "Rosatom" Dövlət Atom Enerjisi Korporasiyası və Ermənistan bu ölkədə yeni atom enerji bloklarının yaradılması perspektivlərini müzakirə ediblər. Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Ermənistanın Baş naziri Nikol Paşinyanın "Rosatom"un ba

29 sentyabr
.

Tramp Kim Çen Inla dost münasibətlərindən danışıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad

30 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

Seul Pxenyana silahsızlaşdırılmış zonadakı vəziyyəti müzakirə etməyi təklif etdi

Cənubi Koreyanın Birləşmə naziri Çonq Donq-yonq Demilitarizasiya Zonasında baş verən son hadisə ilə bağlı Şimali Koreya ilə danışıqlar təklif edib. xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə naziri Çonq Donq-yon bildirib. "Birləşmə naziri olaraq mən Şimala təklif edirəm: indi görüşüb danışmalıyıq

2 oktyabr
.

Estoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib

Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü

1 oktyabr
.

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi

29 sentyabr
.

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre

30 sentyabr
.

The Guardian: "ABŞ-da hakim televiziya kanalına qarşı cinayət işi başlatmağa çalışıb"

ABŞ-ın Luiziana ştatında bir hakim onun daşınmaz əmlak sövdələşməsi barədə yayımlanan araşdırmadan sonra televiziya kanalından şikayət edib. The Guardian yazır ki, hakim Kimya Holmes yerli CBS filialı WWL Louisiana barədə polisə müraciət edib. Mübahisə jurnalist David Hammerin hakimlə bağlı apardığ

30 sentyabr