"Ermənistan bir-iki silah alır, Azərbaycan şikayət etməyə başlayır" - Simonyan
Ermənistan Parlamentinin spikeri Alen Simonyan Azərbaycanın Ermənistanın silah alması ilə bağlı narazılığına münasibət bildirib.
Sonxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Simonyan bildirib ki, Azərbaycan Ermənistanın müdafiə vasitələri əldə etməsindən şikayətlənir, özü isə silah almağa davam edir.
"Ermənistan bir-iki silah alır və Azərbaycan şikayət etməyə başlayır. Azərbaycanda nüvə silahından başqa hər şey var və bütün dünyaya təhrif etməyə çalışır ki, Ermənistan silahlanır, çünki onun hansısa hücum planları var. Mən rəsmən bəyan edirəm ki, Ermənistanın heç bir ölkəyə hücum etmək planı yoxdur. Beynəlxalq ictimaiyyət bu gün diqqətini Azərbaycanın milyardlarla dollar dəyərində silah aldığına yönəltməlidir. Belə bir sual yaranır ki, Azərbaycana bu qədər silah nəyə lazımdır", - deyə Simonyan bildirib.
O, əlavə edib ki, Azərbaycanın sülh prosesi ilə bağlı bəyanatı hərəkətlərlə dəstəklənməlidir.
"Əgər Azərbaycan sülhdən danışırsa, bunu sübut etmək üçün əsirlərin azad edilməsindən tutmuş razılaşdırılmış prinsiplərin həyata keçirilməsinə qədər bir çox addımlar atmaq olar", - deyə Simonyan Ermənistan və Azərbaycanın üç prinsipinə toxunaraq bildirib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2837 Tarix: 22 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr