Rza Xudiyev: "Yanğının ilkin səbəbləri araşdırılır"
"Bu gün səhər saat 05:41 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) 102-i xidmətinə taxta bazarında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub".
Bu sözləri Sonxeber.az-a FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.
O bildirib ki, məlumat daxil olandan 4 dəqiqə sonra bölmələrimiz hadisə yerinə çatıblar.
"Hadisədən 10 dəqiqə keçmiş yanğının müxtəlif yerlərə yayılması nəzərə alıraq çağırış nömrə 3 elan edilib. Bununla da 20-ə yaxın yanğın texnikası, 100-ə yaxın şəxsi heyət əraziyə cəlb edilib. Güclü külək səhər saatlarında yanğının söndürülməsini çətinləşdirib. Yanğının sahəsi böyük olub. Görülmüş tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.Yanğının qonşu obyektlərə yayılma təhlükəsi yoxdur. Yanğın bazarın mərkəz istiqamətində baş verdiyi üçün hər iki istiqamətə yayılıb. Əsas qarşımızda duran məqsəd yanğının yayılmasının qarşısını almaq idi. Taxtalar kiplərlə yığılıb və hündür yerlərdə idi. Əsas çətinlik kiplərin açılma ehtimalı idi. Əgər onlar açılsa yanğınsöndürənlərə xəsarət ala bilərdilər. İkinci böyük təhlükə isə yüksək gərginlikli elektrik dirəyinin öz formasını dəyişməsi idi. Biz müəyyən tədbirlər əsasında çalışmışıq ki, yanğın heç kimə zərər vermədən söndürülsün".
Rza Xudiyev qeyd edib ki, hazırda açıq alov yoxdur. Müəyyən vaxt tələb olunur ki, tam söndürülsün. Yanğının ilkin səbəbləri araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1006 Tarix: 23 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabr"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr