Azərbaycana daha 10 zubr gətirilib - FOTO
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində 24 noyabr 2023-cü il tarixində Azərbaycana Almaniyadan daha 10 zubr gətirilib.
Sonxeber.az xəbər verir ki, yeni gətirilən zubrlar bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkının ərazisinə buraxılacaq.
Qeyd edək ki, 2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən intensiv iş aparılır.
IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.
2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiyadan Azərbaycana zubrlar gətirilir. Belə ki, 2019-cu ildə 12 baş, 2020-ci ildə 5 baş, 2021-ci ildə 9 baş, 2022-ci ildə isə 10 baş zubr ölkə ərazisinə gətirilib.
Təbii artımla birlikdə hazırda Şahdağ Milli Parkının ərazisində zubrların sayı 61-ə çatıb.
Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.
Ölkəmizə gətirilən zubrların daim nəzarətdə saxlanılması üçün boyunlarına GPS xaltalar taxılır. Zubrlar sözügedən ərazidə 2 il müddətində adaptasiya keçdikdən sonra hərəkət trayektoriyalarının izlənilməsi və sonrakı mərhələdə həyat tərzləri haqqında məlumatların toplanılması məqsədilə boyunlarına GPS cihazları quraşdırılmış boyunbağılarla vəhşi təbiətə buraxılır./BAKU.WS




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA