"Bakı Metropoliteni"nin 32 milyonluq tenderini Abid Şərifova bağlı şirkət uddu

"Bakı Metropoliteni"nin 32 milyonluq tenderini Abid Şərifova bağlı şirkət uddu"Bakı Metropoliteni" QSC-nin keçirdiyi tender müsabiqəsinin qalibi Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC (VÖEN – 1000085511) olub.

"Bakı Metropoliteni" "H.Aslanov" stansiyasının dalan yollarında korroziyaya (deformasiyaya) uğramış yük daşıyıcı konstruksiyaların bərpası işləri üçün qalib şirkətə 31 milyon 677 min 740 manat 95 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, Azərbaycanın nəhəng tikinti şirkətlərindən biri olan Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC 2013-cü ilə kimi "Azərkörpü" adı ilə fəaliyyət göstərib. "Azərkörpü" ASC isə 2001-ci ildən əvvəl dövlətə məxsus olub və özəlləşdirilib.

Qeyd edək ki, açıqlanan məlumatlara görə Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC-nin əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olub.

Onu da bildirək ki, Azərbaycanda və xarici ölkələrdə Baş nazirin sabiq müavininin ailə üzvlərinə məxsus çoxsaylı şirkətlər fəaliyyət göstərir.

Abid Şərifovun həyat yoldaşı eyni zamanda 27 iyul 2001-ci ildə dövlət qeydiyyatına alınan "Kəpəz-S" Firmasının da 3 ortağından biridir.

Məlumat üçün bildirək ki, Abid Şərifovun nəvəsi Nicat Mahmudov ötən il fevral ayının 14-də İngiltərənin paytaxtında "Durweston Street, London, W1H 1PG" ünvanında "Londoncapsule Limited" adlı şirkət qeydiyyatdan keçirib.

O, eyni zamanda 2017-ci ildə təsis olunan "Abeona Global Limited" şirkətinə də rəhbərlik edir.

Atası 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov, anası isə Abid Şərifovun qızı Təranə Mahmudovadır. T. Mahmudova hazırda Nərimanov rayonunda fəaliyyət göstərən "Optimed" Tibb Mərkəzinin direktorudur. Abid Şərifovu qızı 2002-ci ildə qeydiyyata alınan "A.N.N.N" MMC və 2017-ci ildə qeydiyyata alınan "Güvən 2017" MMC-lərin də direktoru olub.//Yeniavaz.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1839   Tarix: 25 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr