Məktəblərdə valideyn komitələri LƏĞV OLUNSUN – Sabiq təhsil nazirindən qəribə AÇIQLAMA
Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində valideyn komitələri fəaliyyət göstərir. Valideyn komitələrinin rolu müəllimlə valideynlər arasında vasitəçilik, təhsillə bağlı müsbət təşəbbüslərlə çıxış etməkdir. Amma valideyn komitələrinin işi bayramlarda, müəllim və direktorların doğum günlərində pul yığmaqla məhdudlaşır. Bununla bağlı mediada kifayət qədər faktlar ictimailəşib.
Valideyn komitəsinə doğrudan da ehtiyac varmı?
Sabiq Təhsil naziri Firudin Cəlilov bildirib ki, çox kiçik maaşla işləyən müəllimlərə valideynlərin kömək etməsi, bu gün elə də ciddi məsələ deyil:
"Fikrimcə, Valideyn komitəsinin olması yaxşı addımdır. Bunu alqışlamaq lazımdır. Lakin ümumilikdə Azərbaycanda elm və təhsil sistemi məqsədli şəkildə çürüdülür. Təhsil sistemində olan dəyişikliklər, aşağı sinif şagirdlərinin həddindən artıq yüklənməsi, lazım olmayan mövzuların dərsliklərə salınması, öyrənilməsi vacib olanların kənara qoyulması ölkədə təhsilin qəsdən çökdürülməsinə nümunədir.
Yəni Azərbaycanda manqurt, robot hazırlayan sistem işləyir. Biz bu təhsil sistemindən çıxan insanlardan nə gözləyə bilərik? Onlar nə ölkəsinin tarixini, nə də dilini bilirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 909 Tarix: 25 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr