Beynəlxalq yarışda qızıl medal qazanan azərbaycanlı stilist: "Düşmənlərimiz yana-yana baxırdılar" - VİDEO
Azərbaycanlı stilist dünya üzrə saç düzümləri çempionatında qızıl medala layiq görülüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və hər kəs tərəfindən maraqla qarşılanıb.
Oxu.Az-ın əməkdaşı qızıl medala layiq görülən beynəlxalq səviyyəli stilist Ceyhun Babayev ilə danışıb. O, yarışda ilk dəfə iştirak etdiyini qeyd edib:
"Birinci dəfədir ki, Azərbaycanın adı ilə dünya üzrə saç düzümləri çempionatında iştirak etdik. Yarışda 30 ölkə iştirak edirdi. 1 800 iştirakçı arasından biz qalib gəldik. Kollektivimizdə 22 usta var idi. Hamısını mən hazırlamışdım. Əksəriyyəti azərbaycanlı idi. Saç kəsimində 1 200 nəfər arasında "Top-5"də olduq. Saç düzümündə isə "Top-10"da idik. Bizə diplom verdilər. Bayrağımız dalğalandı".
Stilist əziyyətinin bəhrəsini gördüyünü dilə gətirib:
"14 yaşımdan bu sənətdəyəm. Hazırda 29 yaşım var. Çempionatda mənə qızıl medal verdilər. Ən gənc, sevilən müəlliməm. 10 ildir ki, öz brendimi yaratmışam. Stilistlərin 90 faizində bu brendin sertifikatı var.
Rusiyada, Yekaterinburq şəhərində yaşayıram. Son iki ildə Azərbaycana tez-tez gəlib-gedirəm. Həmkarlarıma dəstək olmağa çalışıram. Çox sevincliyəm. 30 ölkə arasında Azərbaycan bayrağını dalğalandırmaq böyük uğurdur. İllərimin əziyyətidir.
Hər kəs uğurumuza sevindi. İlk sırada olan qonşularımız, düşmənlərimiz isə yana-yana baxırdılar. Şükür Allaha, qalib olduq. Bunu qazanmaq mənim üçün böyük sərvətdir.
Azərbaycanda həmkarlarım məni sevir, hörmət saxlayırlar. Məşhur stilistlər hamısı gözəl fikirlər yazıblar".
"Bu, ilk müsabiqə idi. Gələn il daha yaxşı hazırlaşacağıq. Həm saç kəsimi, həm rəng, həm də dırnaq və makiyaj olacaq", - sonda C.Babayev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 867 Tarix: 25 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr