Dönərxanalar hansı şərtlərlə fəaliyyət göstərə bilər? – Mütəxəssisdən açıqlama
Qanunvericilik tələblərinə uyğun olmayan bir neçə dönərxananın fəaliyyəti dayandırılıb. Bu, paytaxt dönərxanaları qarşısına qoyulan tələbləri daha da ciddiləşdirib. Bu barədə qida mütəxəssisi Seymur Qafarov Moderator.az saytına müsahibəsində bildirib.
O, dönərxanaların hansı şərtlər çərçivəsində fəaliyyət göstərə biləcəyini açıqlayıb.
"Dönərin sürətli qidalanma şəklində istehlakçılara çatdırılması və baş vermiş məyusluq doğuran hal- zəhərlənmə halları artmaqdadır. Yeni qida qanunvericiliyi tələbləri çərçivəsində, 523 saylı qida təhlükəsizliyi qanunu tələbləri çərçivəsində və beynəlxalq ölkə proqramları və bundan sonra tətbiq olunacaq təhlükə analizi kritik nəzarət nöqtələri çərçivəsində bütün ictimai iaşə müəssisələri, o cümlədən dönər ətinin istehsal olunduğu dönər satışı müəssisələrində mütləq şəkildə bir sıra qaydalara riayət olunmalıdır.
Təhlükəsiz dönər satışını yerinə yetirmək üçün mütləq şəkildə müəssisədə ilk olaraq, qəbul olunmuş ət baytarlıq sertifikatı əsasında, toyuq ətidirsə, ekspertiza aktı əsasında qəbul olunmalıdır. Kəsilən mal ətləri qida təhlükəsizliyi agentliyinin nəzdində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun müvafiq baytarlıq laboratoriyalarından keçməli və yerindəki kəsim məntəqələrinin kiçik laboratoriyalarında ilk müayinəyə məruz qalmalıdır. Bundan sonra, müəssisədə dezinfeksiya tədbirləri tələbə uyğun olaraq yerinə yetirilməli, qış aylarında havanın soyuq keçməsi, həşəratların az olması ilə əlaqədar olaraq, ayda bir dəfə, yay aylarında isə bir, zəruri hallarda iki dəfə olması tövsiyə olunur. Dönər satışı ilə məşğul olan personal, işçi heyət- dönərçi, aşpaz, usta xüsusi geyimlə- uzunqol, düyməsiz, cibsiz köynəklə, eyni qaydada şalvarla təmin olunmalı, uniformalar slim fit deyil, boş, rahat hərəkət etməyə şərait yaratmalıdır. Həmçinin zinət əşyaları- qızıl və ya qeyri-qızıl üzük, qolbaq, pirsinq mövcud olmamalıdır. İstifadə olunan ləvazimatlar iş sonrasında və bütün zəruri hallarda isti su ilə yuyulmalı, təmiz şəkildə istifadə olunmalıdır. Toyuq əti doğranan zaman, növbəti mal ətinə keçdikdə doğramada istifadə olunan doğrama lövhələri taxta olmamaq şərtilə və bıçaqlar dezinfeksiya olunmalıdır. Bundan əlavə, istehsal subyektinə texnoloji ardıcıllıq,yəni ətin qəbul olunub, sonradan defros olunması (söhbət donmuş ətdən gedir) və sonra istifadə olunması lazımdır. Donmuş ət -18 dərəcə temperaturda daşınmalıdır, soyudulmuş ətdirsə, +5 dərəcədə daşınmalıdır. Dönərlər isti şəkildə istehlakçıya verilməlidir. Dönərlər təhvil verilərkən paketlənməyə riayət olunmalıdır. İçərisində istifadə olunan inqridientlərin tamlığı qorunmalıdır. İnqridientlərin keyfiyyətinə fikir verilməlidir. Tərəvəzlər təzə olmalıdır. Həmçinin istehsal şəraitində olan avadanlıqlar rahat yuyula bilməsi üçün paslanmaz metal kateqoriyasına uyğun olmalı, divarlar rahat yuyula bilən materialla təmin olunmalıdır. Yer sürüşməyən material olmalıdır.
Bir məqamı da qeyd edim ki, hər bir istehsal subyektində yuma çanağı mövcud olmalıdır, bu çanaqda əllər səliqəli yuyulmalı və proses başa çatdıqdan sonra ərzaq məhsulları ilə təmas olmalıdır. Bütün bu qayda və tələblərə əməl olunduğu təqdirdə, dönər ətinin istehsal olunduğu və hazır dönər məhsulunun satıldığı müəssisələrdə tam təhlükəsiz şəkildə qidalanma mövcud olacaq."
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"