İşgəncəyə görə valideynlər məktəbə axışdılar: Direktorla qarşıdurma - VİDEO

İşgəncəyə görə valideynlər məktəbə axışdılar: Direktorla qarşıdurma - VİDEOBakı məktəblərində şagirdin zorakılığa məruz qalması ilə bağlı daha bir xəbər yayılıb.

Sonxeber.az xəbər verir ki, Suraxanı rayonundakı 89 nömrəli orta məktəbin yeddinci sinfində təhsil alan şagirdlərdən birinin ayaqyolunda zorakılıqla üzləşməsi iddia edilib. Belə ki, həmin şagirdin anası qızının xəsarət izləri olan fotosunu yayaraq, onun bir neçə nəfər tərəfindən işgəncəyə məruz qaldığını bildirib. O, valideynlərin qrupuna səs göndərərək hər kəsi ehtiyatlı olmağa çağırıb.

Məsələ ilə bağlı məktəbin yaydığı məlumatda bildirilir ki, həmin şagird özü-özünə xəsarət yetirib:

"Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız "mənim işim var" deyərək onları yola salıb.

Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. O, məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn övladının gizlətdiyi kəsici aləti tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib".

Bu gün isə məktəbdə təhsil alan şagirdlərin valideynləri məktəbə gediblər və orada gərginlik yaranıb. Valideynlərlə məktəb rəhbərliyi arasında mübahisə düşüb. Valideynlər bildiriblər ki, məktəbdə tez-tez neqativ hallar baş verir, uşaqlar arasında dava, hətta narkotik vasitə çəkmə halları, kriminal üslubda hesablaşmalar olur. Onlar bildiriblər ki, bu yaxınlarda uşaqlar arasında bıçaq davası da baş verib. Valideynlər bu məsələlərə əncam çəkməyi tələb ediblər. Hətta valideynlərin direktora hücum etdikləri, onların qarşısının çətinliklə alındığı da bildirilir.

Qeyd edək ki, dünən axşam digər bir təhsil ocağında - Ramanadakı 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdi olan qızın döyülməsi xəbəri sosial şəbəkələrdə ajiotaja səbəb olub. Təhsil Nazirliyinin yaydığı məlumatda isə şagirdin döyülmədiyi, yıxılıb əzildiyi bildirilib./Bakupost.az


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1780   Tarix: 27 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İmişli Şəkər Zavodunda yanğın oldu

İmişli Şəkər Zavodunun ərazisində yanğın olub. xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarında

28 sentyabr
.

Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı

Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa

21 sentyabr
.

Stres oyuncağı partladı: 11 yaşlı uşağın ayağında ikinci dərəcəli yanıq yarandı - VİDEO

Ankarada imtahan uğuruna görə hədiyyə edilən stres oyuncağı 11 yaşlı Furkan Seçkinin əlində partlayıb. xarici mediaya istinadla xəbər verir ki, oyuncağın içindəki gelin uşağın dərisinə təmas etməsi nəticəsində ayağında ikinci dərəcəli yanıq və qızartı yaranıb. Hadisədən sonra xəstəxanaya aparılan Furkanı

29 sentyabr
.

Zəlzələ zamanı jurnalistlərin işi tərk etməməsi təqdir edildi - VİDEO

Türkiyənin Şanlıurfa şəhərinin Karaköprü rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin ocağı təxminən 7,4 kilometr dərinlikdə yerləşib. Təkanları hiss edən bəzi sakinlər təhlükəsizlik məqsədilə ev və iş yerlərindən çıxaraq açıq ərazilərə üz tutublar

24 sentyabr
.

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi

Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng

21 sentyabr
.

"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar

saytına istinadən xəbər verir ki, sosial şəbəkələrdə ⁠by_.mila_⁠ hesabı ilə fəaliyyət göstərən və özünü "estetik kosmetoloq" kimi təqdim edən Ramilə Əlizadə ilə bağlı redaksiyaya müraciət daxil olub. Müraciətdə bildirilir ki, Ramilə Əlizadə "Laser Beauty CLINIC" adlı məkanda müxtəli

27 sentyabr
.

Ayı arı pətəklərini dağıdıb balları yedi

Türkiyənin Qars vilayətinin Səlim rayonuna bağlı Karakale kəndində gecə saatlarında arı pətəklərinə yaxınlaşan boz ayı bal arılarına ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, kənddə arıçılıqla məşğul olan Ayhan Aydına məxsus pətəklərə yaxınlaşan ayı onları aşırdaraq içərisindəki balları yeyib

24 sentyabr
.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

20 sentyabr
.

Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı

İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on

21 sentyabr