Günay Əfəndiyeva Qırğız Respublikasının Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub
24 noyabr 2023-cü il tarixində Bakıda Qırğız Respublikasının Xarici İşlər Naziri Jeenbek Kulubayev və Türk Mədəniyyəti və İrsi Fondunun Birinci Prezidenti Günay Əfəndiyeva arasında görüş keçirilib.
Görüş zamanı nazir Jeenbek Kulubayev Fondun qırğız xalqının mədəni irsinin tanıdılması yönündə aktiv fəaliyyətini qeyd edib. O, Fond tərəfindən tanınmış Azərbaycan şairi Adil Cəmilin "Manas" dastanının tədqiqinə həsr olunmuş kitabının, eləcə də Türk Akademiyası ilə birgə qırğız manasçısı Rısbay İsakovun redaktorluğu ilə eposun Sağımbay Orozbakov variantının nəşr olunmasını vurğulayıb.
Fondun 2018-ci ildə 90, cari ildə isə 95 illik yubileylərinin qeyd olunması çərçivəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinin təbliği yönündə gördüyü işlər yüksək qiymətləndirilib.
Günay Əfəndiyeva Fondun rəhbəri vəzifəsini icra etdiyi müddətdə göstərilən dəstəyə və etimada görə minnətdarlığını bildirərək, Qırğızıstanın mədəniyyətinin, irsinin təbliği və inkişafı sahəsində Fondun fəaliyyətlərindən bəhs edib. Bildirilib ki, Fondun təşkil etdiyi çoxsaylı multikultural tədbirlərdə qırğız xalqının ədəbiyyatı, epik irsi, incəsənəti geniş şəkildə təmsil olunub.
Görüşün sonunda nazir Jeenbek Kulubayev Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Günay Əfəndiyevaya Qırğızıstanın mədəniyyətinin və irsinin Türk Dünyasında yayılması yönündə xidmətlərinə görə Qırğız Respublikasının Fəxri Fərmanını təqdim edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 719 Tarix: 27 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabr