Avrora şirkəti işçi qəbulu üçün "Açıq Qapı" elan edib
"Avrora" MMC pərakəndə sektorunda fəaliyyətə başlamış "Tamstore" marketlər şəbəkəsi üçün işçi qəbulunu davam etdirir. Mağaza heyətinin tam formalaşdırılması üçün satıcı, kassir, fəhlə,
qəssab, mühafizəçi və paketləyici vakansiyaları üzrə "Açıq Qapı" keçiriləcək. Karyerasını pərakəndə sektorunda qurmaq istəyənlər 29 noyabr 2023-cü il tarixində saat 10:00-dan etibarən
Avrora MMC-nin mərkəzi ofisinə (Nərimanov rayonu, Aşıq Molla Cümə 46C) yaxınlaşa bilərlər.
Müsahibədən uğurla keçmiş namizədlər Bakı şəhərinin müxtəlif yerlərində (Badamdar, Bayıl, Binəqədi, Biləcəri, Xırdalan, Əmircan, Qaraçuxur, Xalqlar və Neftçilər metro stansiyası
ərazilərində) yerləşən marketlərdə işlə təmin olunacaqlar. Mağazada 8 saatlıq növbəli iş qrafiki, bazar rəqabətli əməkhaqqı və nahar təmin ediləcək. Təcrübə tələb olunmur.
Karyerasını qurmaq və inkişaf etdirmək istəyənlər üçün "Tamstore" tam işləmək istədiyiniz yer olacaq! Müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsi və kişi namizədlər üçün hərbi biletin təqdim
edilməsi vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 970 Tarix: 27 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabr