"Dəfn üçün müavinət mərhələlərlə artırılacaq"- Nazir
"Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxslər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır. Bu da sosial sığorta prinsiplərindən irəli gələrək müəyyən edilmiş məsələdir. Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb".
Sonxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Nazir bildirib ki, dəfn üçün müavinətin ödənilməsinə bir sənəd tələb olunur: "Bu, dəfnin həyata keçirilməsinə dair həmin şəxsin arayışıdır. Bir çox hallarda vəfat edən şəxsin varisləri bir neçə nəfər olur. Onların arasında mübahisə yarana bilər ki, bu vəsait kimə ödənilməlidir. Ona görə də müvafiq icra hakimiyyəti orqanın arayışı tələb olunur ki, dəfni varislərdən kim həyata keçirib və vəsait də ona ödənilir. Bu məbləğ mərhələlərlə artırılacaq. Həm uşağın anadan olmasına görə, həm də dəfnə görə müavinətlərdə son 4 il ərzində 5 dəfəyə yaxın artırılıb. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1396 Tarix: 27 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabr