Nazir pensiya yaşı məsələsinə münasibət bildirib
"Pensiya yaşı məsələsi çox qaldırılır".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu gün Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 63-dür:
"Biz Milli Məclisə nazirliyin fəaliyyətinə dair hesabat təqdim edirik. Bu gün Azərbaycanda median pensiya 360 manata çatıb. Bu isə median əməkhaqqının 70 faizindən azdır. Məbləğ olaraq götürəndə artım son 4 il ərzində 2,5 dəfədir. Kifayət qədər ciddi artım var. Orta pensiya məbləği üçün rəqəmlər də açıqlanıb. Cari il üçün 483 manat, növbəti il üçün yaşa görə pensiya 516 manat proqnozlaşdırılır. Median pensiya nəyə görə orta pensiyadan aşağıdır? Bu əməkhaqqı sistemində də, pensiya sistemində də eynidir".
Nazir median pensiyanın orta pensiyadan aşağı olmasına da aydınlıq gətirib. O deyib ki, bu, əməkhaqqı sistemində də, pensiya sistemində də eynidir:
"Əməkhaqqı sistemində əməkhaqqı alanların böyük hissəsi məhz aşağı ixtisaslı yerləşdiyinə görə daha aşağı əməkhaqqı alır. Median pensiya və median orta əməkhaqqı ilə orta pensiya, orta əməkhaqqı fərqlidir. Median ən yuxarı alandan ən aşağı alana qədər sıraya düzülür və ən ortadakı adam götürülür. Median dünyanın əksər ölkələrində orta pensiyadan aşağıdır. Amma məsələ nə qədər aşağı olmasıdır. Bizdəki göstərici kifayət qədər yaxşı görünür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4023 Tarix: 27 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabr