"Qobu Park-2" yaşayış massivinin sakinləri təhlükə ilə üz-üzədirlər - ŞİKAYƏT + VİDEO

"Qobu Park-2" yaşayış massivinin sakinləri təhlükə ilə üz-üzədirlər - ŞİKAYƏT + VİDEOQaradağ rayon sakinləri sahibsiz itlərin hücumuna məruz qaldıqlarını iddia ediblər.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan qəsəbə sakinləri hər gün təhlükə ilə üzləşdiklərini bildiriblər:

"Qaradağ rayonu Lökbatan qəsəbəsi "Qobu Park-2" yaşayış massivində sahibsiz itlərin hücumuna məruz qalırıq. Bir neçə dəfə itlər adamları qapıblar. Xeyli insan buna görə peyvənd də vurdurub".

Şikayətçilər ərazidə yaşayan bir qadının itlərin toplanaraq peyvənd vurulmasını həyata keçirən aidiyyəti qurumların işinə mane olduğunu da dilə gətiriblər:

"Ərazidə bir qadın yaşayır. İtlərin ərazidən aparılmasına imkan vermir. Sosial şəbəkələrdə canlı yayım açır, video çəkir, camaatı şantaj edir ki, guya itləri öldürürlər. Ona görə oraya kimsə gəlmir, itlər də ərazidən aparılmır. İtlər nə quduzluğa görə peyvəndlənir, nə də qısırlaşdırılır. Sayı isə durmadan artır. Aidiyyəti qurumlara müraciət olunub. Lakin o qadına görə heç kim bu məsələ ilə məşğul olmur. Digər sakinlər, qadınlar, uşaqlar təhlükə altındadırlar".

Qaradağ Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, itlərin hücumları ilə bağlı çoxsaylı şikayətlər daxil olub:
"Yazılı formada olmasa da, çoxsaylı şikayətlər daxil olub. Biz də Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinə yönəltmişik. Qeydiyyata alınıb, tədbir görüləcək".

Lökbatan bələdiyyəsindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı şikayət daxil olmayıb:

"Belə bir məsələ ilə bağlı bizə şikayət daxil olmayıb. Əlaqə saxlayarıq, araşdırma aparılar. İti vurmaq da olmaz. İcazə yoxdur. Aidiyyəti qurumlarla əlaqə saxlayıb, məsələni bildirərik. Bu günə qədər məlumat verilməyib. Bu gündən işə başlanacaq".

Sakinlərin redaksiyamıza göndərdikləri görüntüləri təqdim edirik:

[/youtube]


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1000   Tarix: 29 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr