"İlham Əliyevin xarici siyasət kursunun əsas prioritetlərindən biri Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsidir" - Deputat

"İlham Əliyevin xarici siyasət kursunun əsas prioritetlərindən biri Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsidir" - Deputat"BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya dövlətlərində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Platformaya üzv olan Azərbaycan, platformanın əhatə etdiyi digər ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çox şaxəli fəaliyyət həyata keçirir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edir, dövlətlər bütün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Prezident cənab İlham Əliyevin xarici siyasət kursunun əsas prioritetlərindən birini Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi təşkil edir:

"Bakıda məhz Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə SPECA-nın 25-ci ildönümünə həsr olunmuş ilk Zirvə görüşü keçirildi. Macarıstan və Gürcüstan hökumət başçılarının Zirvə görüşündə iştirak etməsi platformanın fəaliyyətinin daha da genişləndirilməsindən xəbər verir. Zirvə görüşündə çıxış edən Prezident cənab İlham Əliyev SPECA-nın fəaliyyətində Azərbaycanın fəal iştirakı, Azərbaycan iqtisadiyyatının son illər dayanıqlı inkişafı, Azərbaycanda yaradılmış çoxşaxəli nəqliyyat-loqistika layihələri, regionda Ermənistanın həyata keçirdiyi qeyri-konstruktiv siyasəti barədə məlumat verdi. Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətlərinin genişlənməsinə və möhkəmlənməsinə böyük töhfə verir. Ölkəmiz SPECA-nın Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq. 30 ildən artıqdır ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edir, dövlətlər bütün beynəlxalq təşkilatlarda bir birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Prezident cənab İlham Əliyevin xarici siyasət kursunun əsas prioritetlərindən birini Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi təşkil edir. Təsadüfi deyil ki, cari ildə ölkə başçımız 10 dəfə Mərkəzi Asiya dövlətlərinə səfər etmiş və bu ölkələrin dövlət başçıları mütəmadi olaraq Azərbaycana rəsmi və işgüzar səfərlər etmişdir. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında daha bir istiqamət isə qarşılıqlı ticarət və sərmayə qoyuluşudır. 2022-ci ildə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi üç dəfədən çox, bu ilin 7 ayı ərzində daha 50 faiz artmışdır.
Azərbaycan həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar ki, mümkünsüzdür. Ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Bu marşrut xətti iqtisadi cəhətdən çox səmərəli yoldur. Eyni zamanda Orta Dəhlizin xüsusi rolu da vurğulanmalıdır. Orta Dəhliz Çin-Qazaxstan sərhədindən başlayaraq Xəzər dənizindən, daha sonra Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir. Azərbaycan öz ərazisində bu istiqamətdə böyük nəqliyyat-loqistika infrastrukturu yaratmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Dəniz Ticarət Limanının inşası çox əhəmiyyətli bir layihə kimi böyük imkanlara malikdir. Bakı-Tbilisi-Qars dəmir yolundan yükdaşımaların həcmi bir milyon tondan beş milyon tona, Bakı Dəniz Limanından isə yükdaşımaların həcmi 15 milyon tondan 25 milyon tona qədər artırılacaq. Azərbaycan Şimal-Cənub Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Bu gün Mərkəzi Asiyadan olan şirkətlər Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına böyük maraq göstərir".

Kamilə Əliyeva bildirib ki, dünyada böyük dövlətlərin diktəsilə, onların iradəsinə tabe olan dövlətlər də mövcuddur. Ermənistan da bu cür dövlətlərdəndir:
"SPECA-ya üzv dövlətlər tam müstəqil dövlətlərdir, bu dövlətlər iqtisadi və siyasi cəhətdən müstəqil siyasət həyata keçirir. Dünyada böyük dövlətlərin diktəsilə, onların iradəsinə tabe olan dövlətlər də mövcuddur. Ermənistan da bu cür dövlətlərdəndir. Tarix boyu müstəmləkə siyasəti yürüdən Fransa Cənubi Qafqazda öz çirkin siyasətini həyata keçirmək üçün Ermənistandan istifadə edib və bu niyyətini bu gün də davam etdirir. Fransa Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan Ermənistana hər zaman dəstək verib. Bu gün Ermənistan bir sıra Qərb dövlətlərinin, xüsusən Fransanın marionetkasına çevrilmişdir. Ermənistan kağız üzərində müstəqil dövlət olmasına baxmayaraq, faktiki müstəqil olmayan, bir neçə ağası olan ölkədir.
SPECA-nın Bakıda keçirilən Zirvə görüşündə bütün dünya bir daha Azərbaycanın müstəqil daxili və xarici siyasət həyata keçirən güclü bir ölkə olmasının şahidi oldu".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 801   Tarix: 29 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021