Laçından Zabuxa avtobus marşrutu açılacaq
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 54 nömrəli şəhərdaxili, 167 və 196 nömrəli qəsəbələrarası, 186, 217, 508 və 557 nömrəli şəhərətrafı, Bakı-Ağdaş, Bakı-Şirvan, Bakı-Şabran, Bakı-Qəbələ, Bakı-Kürdəmir, Bakı-Ağcabədi, Bakı-Şamaxı, Sumqayıt-Quba, Qusar-Xudat şəhərlərarası, eləcə də Laçın şəhəri-Zabux kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Bu barədə Sonxeber.az-a AYNA-dan məlumat verilib.
Bildirilib ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Ağdaş, Bakı-Şirvan və Sumqayıt-Quba istiqamətlərində 4 Lot üzrə yanvarın 9-da, Bakı-Şabran və Bakı-Qəbələ istiqamətlərində 4 Lot üzrə yanvarın 12-də, Bakı-Kürdəmir, Bakı-Ağcabədi və Bakı-Şamaxı istiqamətlərində 5 Lot üzrə yanvarın 16-da, Qusar-Xudat, Laçın şəhəri-Zabux kəndi, eləcə də paytaxtın 167, 186 və 196 nömrəli avtobus marşrutları üzrə 4 Lotda yanvarın 19-da, eləcə də 54, 217, 508 və 557 nömrəli müntəzəm avtobus marşrutları üzrə 4 Lotda yanvarın 23-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 575 Tarix: 30 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"DH Volley" komandası voleybol meydançası inşa edib - Şəkillər
"DH Volley" ("Demirören Holdinq") komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosialyönümlü layihə həyata keçirib
17 aprelİşdən çıxarılmasına səbəb olan şəxsi küçədə döydü
Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Babək Lətifovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraat
17 aprelAzərbaycanda yeni ixtisas YARADILDI - RƏSMİ
Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, daşınmaz əmlakın idarə olunması ixtisası da sözügedən siyahıya əlavə edilib. Əlavə olaraq qeyd edək ki, Azərbaycanda ali təhsilin bakalavriat səviyyəs
18 aprelBakının bu ərazilərində torpağın sotu 2 milyondur
Paytaxtda premium zonalar Səbail, Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonunun bir hissəsi qeyd olunmaqla bu rayonların ərazisində olan küçələri və rezidensləri əhatə edir. Nəsimi rayonunda əsasən "Port Baku" ətrafında qiymətlərin yüksək həddi qeyd olunub. 28 May və Səməd Vurğun ərazilərində
18 aprelGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat yoxdur
18 aprelBir hissəsi Ermənistanda yerləşən su anbarı təmir ediləcək
Azərbaycan və Ermənistan sərhədində yerləşən Coğazçay su anbarı təmir ediləcək. -ın məlumatına görə, Regional Su Meliorasiya Xidməti tender elan edib. Layihə çərçivəsində Coğazçay su anbarının sutullayıcı qurğunun dağılmış hissəsinin əsaslı təmir edilməsi nəzərdə tutulur. Qurum görüləcək işlər müqabilind
16 aprelSabah muzeylərə giriş pulsuz olacaq
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə "açıq qapı" günü keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpas
17 aprel