10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir?
Bu ilin ilk 10 ayı ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard dollar olub və bunun cəmi 9,2%-i və ya 2,7 milyard dolları qeyri-neft sektorunun payına düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan qeyri-neft məhsullarının 17%-i və ya 456 milyon dolları 9 şirkət və 1 fərdi sahibkarın payına düşüb.
2023-cü ilin ilk 10 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin (fərdi sahibkarların) siyahısı aşağıdakı kimi olub:
Şirinov Elvin Valeh oğlu – 98,4 milyon dollar
"MKT İstehsalat Kommersiya" MMC – 75,2 milyon dollar
"Baku Steel Company" QSC – 58,7 milyon dollar
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycandakı nümayəndəliyi – 53,2 milyon dollar
"Best Logistik" MMC – 37,4 milyon dollar
Reklamınızı SmartBee ilə effektiv edin.
"STP Global Cable" MMC – 31,1 milyon dollar
"My Fruit" MMC – 30,1 milyon dollar
"P-Aqro" MMC – 28,7 milyon dollar
"Mors Trading" MMC – 22,6 milyon dollar
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC – 20,7 milyon dollar
Məlumat üçün onu da bildirək ki, 10 ay ərzində 100 milyon dollara yaxın məhsul ixrac edən Elvin Şirinov haqqında açıq mənbələrdə məlumat mövcud deyil. Fərdi sahibkar kimi (VÖEN – 2700187092) 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınan Elvin Şirinovun hansı məhsulları ixrac etdiyi barədə də məlumat yoxdur.
Lakin qeyd edək ki, rəsmi qurumlar Azərbaycanın ən böyük ixracatçısı barədə məlumat açıqlamasalar da, xarici ölkələrin müvafiq rəsmi qurumları Elvin Şirinov barəsində məlumatları açıqlayıblar.
Məsələn, Ukraynanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlardan belə görünür ki, Elvin Valeh oğlu Şirinov Mingəçevir şəhəri, Ə. Vahid küçəsi ev 2, m. 88-də qeydiyyatdadır. Elvin Şirinov Ukraynaya əsasən qarpız və qovun olmaqla meyvə-tərəvəz ixrac edir. Elvin Şirinovun ixrac etdiyi məhsulların Ukraynadakı alıcısı "FPP Antares" şirkətidir. Bu şirkət 2022-ci ilin yanvar ayında təsis olunub. Elvin Şirinovun adı da Azərbaycanın ən böyük 10 ixracatçısı siyahısına ilk dəfə 2022-ci ildə düşüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1041 Tarix: 02 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr