Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi
Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib.
Professorun sözlərinə görə, söhbət yalnız "Sonar Farm" şirkətindən deyil, şirkətin yerləşdiyi depo binası və ona aid olduğu bildirilən 5 aptekdən də gedir.
Qayıbverdi İsgəndərov bildirib ki, həmin əmlakları və "Sonar Farm"ın binasını Mahirə Əsədovaya müqavilə əsasında təhvil verib. Onun sözlərinə görə, bu addım qarşı tərəfə etimad əsasında atılıb və sözügedən obyektlərin sonrakı taleyi ilə bağlı yaranan vəziyyət hazırda ciddi suallar doğurur.
Professor qeyd edib ki, şirkət və mülklərlə bağlı hazırda adı hallanan şəxsləri tanımır. O, özünün razılığı və xəbəri olmadan əmlaklarla bağlı hər hansı dəyişiklik edilməsini qəbuledilməz hesab etdiyini bildirib.
İsgəndərov açıqlamasında səhhətində yaranmış problemlərə görə məsələyə geniş şəkildə münasibət bildirmək imkanlarının məhdud olduğunu da vurğulayıb. Bununla belə, professor əsas məqamı xüsusi olaraq diqqətə çatdırıb: onun sözlərinə görə, söhbət şirkətdən, depodan və 5 aptekdən ibarət əmlaklardan gedir və həmin mülklər müqavilə əsasında Mahirə Əsədovaya etibar edilib.
Məsələnin digər tərəfi isə "Sonar Farm" şirkətinin sonrakı taleyi ilə bağlıdır. Daha əvvəl yayılan məlumatlarda şirkətin təxminən 20-21 milyon manat dəyərində olduğu, lakin 300 min manatlıq müqavilə əsasında başqa şəxsin adına keçirildiyi barədə iddialar səsləndirilib.
Mahirə Əsədova da məsələ ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət edərək araşdırma aparılmasını istəyib. Sahibkar şirkətin onun iradəsindən kənar şəkildə ələ keçirildiyini iddia edir.
Beləliklə, "Sonar Farm" ətrafında yaranmış vəziyyətdə həm şirkətin, həm də ona bağlı daşınmaz əmlakların hüquqi statusu ilə bağlı bir sıra suallar açıq olaraq qalır. Professor Qayıbverdi İsgəndərov isə hüquqlarının və mülkiyyət məsələsinin araşdırılmasını istəyir.
Məsələ ilə bağlı səsləndirilən iddiaların hüquqi qiyməti yalnız aidiyyəti dövlət qurumlarının araşdırmasından və məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra müəyyənləşə bilər./Serhed.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 108 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrBakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli
29 sentyabrSabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
29 sentyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrHansı rayonların icra başçısı yoxdur?
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbə
29 sentyabrMənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA
Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas
30 sentyabrMilli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb
Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti
30 sentyabrBərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü
Bərdə rayonunda restoranda dava olub. -a istinqadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib. Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb
29 sentyabr