"Avropada erməni revanşizmini qızışdıranlar var"

"Avropada erməni revanşizmini qızışdıranlar var"İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli ölkəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan "Formiche" qəzetinə Cənubi Qafqazda baş verən proseslərə münasibətdə müsahibə verib.

Avropa parlamentinin İtaliyanın müxalifət "5 Ulduz hərəkatı" partiyasından üzvü Fabio Massimo Kastaldonun Avropa Ittifaqı və Avropa Parlamentinin rəsmilərinə ünvanlanmış ədalətsiz və əsassız çağırışlarına münasibətdə nazir müavini E.Çirielli bunun uyğunsuz bir hərəkət olduğunu və indiyədək əldə olunan sülh razılaşmalarına xələl gətirmək riski daşıdığını, həm tarix, həm də beynəlxalq münasibətlər nöqteyi-nəzərindən az məlum olan hadisələrlə əlaqədar fəaliyyətə keçmək və ya birbaşa müdaxilə etmək üçün ən pis üsul olduğunu, habelə Avropa və İtaliyanın xüsusi tərzdə Azərbaycan və Ermənistan arasında yumşalma mühiti yaratmaq üçün çalışmalı olduğunu bildirib.

Avrodeputat F.M.Kastaldonun 19-20 sentyabr lokal anit-terror tədbirlərinə dair "azərbaycanlıların hücumu" iddialarına münasibətdə nazir müavini E.Çirielli bildirib ki, belə bir iddianı irəli sürə biləcək nə siyasi, nə də hərbi xarakterli heç bir qiymətləndirmə yoxdur, bu, doğrudan da dəlilikdir. E.Çirielli əlavə edib ki, Azərbaycan heç vaxt Ermənistan ərazisinə qarşı hərəkətlər həyata keçirməyib və bu, BMT-nin müstəqil komissiyalarının təsdiq etdiyi məlum faktdır. İtaliya nazir müavini bildirib ki, baş vermiş köçü Azərbaycan qoşunları yox, bölgədə repressiyaları həyata keçirən separatçılar təhrik ediblər və bu bunda separatçıların məqsədi gərginliyə əlavə bir səbəb yaratmaq olub.

Bakının dəfələrlə sülh çağırışları etməsi ilə bağlı E.Çirielli bildirib ki, ikinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında qalib gəldiyinə baxmayaraq, Azərbaycan qoşunlarını dayandırdı və bununla da məsələnin sülh yolu ilə həllini tapmağa imkan verdi, habelə son üç il ərzində problemi sülh yolu ilə həll etməyə çalışdı. İtaliya nazir müavini əlavə edib ki, təəssüf ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, obyektiv olaraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar oldu.

E.Çirielli bildirib ki, Prezident İlham Əliyevin çox praqmatik liderdir və Azərbaycan beynəlxalq hüquqa zidd olan hər hansı bir addımı qəti şəkildə istisna edir. "Hər şeydən öncə bu, Ermənistanın təkcə Qarabağı deyil, eləcə də əvvəllər azərbaycanlıların məskunlaşdığı, sonra isə həmin torpaqlardan çıxarıldığı Qarabağdan da böyük olan ətraf zonaları işğal etməsi ilə əlaqədar Azərbaycanın otuz ildə tutduğu davamlı mövqeyinə ziddir. Bu işğalla bağlı Azərbaycan həmişə çoxtərəfli forumlarda, beynəlxalq məhkəmələr qarşısında bütün mövqelərini ortaya qoymağa çalışıb. Bu işğal Qızıl Ordunun himayəsi altında Ermənistan tərəfindən həyata keçirilib", deyə İtaliya xarici işlər naziri vurğulayıb.

E.Çirilelli qeyd edib ki, N.Paşinyan Ermənistanın rəsmiləri arasında BMT-nin müxtəlif qətnamələrinin dəfələrlə təsdiq etdiyi kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk şəxsdir və ondan öncəki Ermənistan hökumətlərinin heç biri heç vaxt belə bir mövqe tutmayıb, lakin hələ də Ermənistanda çox millətçi olan hakim sinif, Ermənistandan kənarda da Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr, Ermənistanın hüdudlarından kənarda yaşayan, problemlərdən və mövcud vəziyyətdən həqiqətən xəbərsiz olan güclü erməni icmaları var. "Onlar həm də insanların daha asan qəbul etdikləri səbəblərə istinad edirlər, çünki onlar erməni diasporunun çox millətçi və şovinist baxışlara malik övladları və nəsilləridir", deyə E.Çirielli vurğulayıb.

O əlavə edib ki, ermənilərə münasibətdə ötən əsrin əvvəllərində baş verənlərlə azərbaycanlıların heç bir əlaqəsi yoxdur, buna görə azərbaycanlılar heç bir məsuliyyət daşımırlar və azərbaycanlılar sadəcə müsəlman olduqları üçün başqalarının günahlarını ödəyə bilməzlər. "Üstəlik, biz yaxşı bilirik ki, Azərbaycan müsəlman dünyasının ən dünyəvi və tolerant ölkələrindən biridir: bu, onların fərqləndirici xüsusiyyətidir. Odur ki, dindən xalqlar arasında münaqişə elementi kimi istifadə etməməyə çalışaq", deyə E.Çirielli bildirib.

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Qarabağ üzərində ərazi bütövlüyünü bir daha təsdiqləməsi fonunda İtaliyanın bu məsələ ilə bağlı mövqeyinə münasibətdə E.Çirielli qeyd edib: "Bu məsələ bizim beynəlxalq mövqeyimizin əsasını təşkil edir: Meloni hökuməti eyni vəziyyətdə olan Ukraynaya hərbi yardım etməkdədir. Rusiya Ukrayna hökuməti tərəfindən ayrı-seçkiliyə məruz qalan rusları qorumaq bəhanəsi ilə Ukraynaya qarşı müharibə aparır. Ermənistanla Azərbaycan arasında müharibə ona görə baş verdi ki, Ermənistan Qızıl Ordunun dəstəyi ilə Azərbaycan ərazisi olan Qarabağı, eləcə də yalnız azərbaycanlıların yaşadığı digər bufer zonanı işğal etdi. Ukraynanı dəstəklədiyimiz halda, biz Ermənistanı necə dəstəkləyəcəyik? Əlbəttə ki, biz bunu edə bilməzdik və bu, sırf dini faktdan asılı olsaydı kobud səhv olardı".

E.Çirilelli əlavə edib ki, Ermənistan tərəfindən aparılmış və otuz il davam etmiş təcavüzkar müharibə beynəlxalq hüququ açıq şəkildə pozmuşdur və Ermənistan da bunu dolayı yolla qəbul etdi, halbuki, Ermənistan gərginliyi başqa cür və daha əlverişli şəkildə həll edə də bilərdi, lakin Ermənistan hökumətlərinin düşüncəsizliyi BMT qətnamələrinə əsaslanaraq Azərbaycanın bu məsələni həll etməsinə gətirib çıxardı. "Bu gün məsələ hərbi müstəvidə bitmişdir və mən hesab edirəm ki, hər hansı başqa bir dövlət silahlı işğalı həll etmək üçün bəlkə də otuz il gözləməzdi: təsəvvür edin ki, Alto Adicedə ordunun, könüllülərin və ya daha doğrusu Avstriya ordusunun dəstəyi ilə özünü Cənubi Tirol separatçıları adlandıranların silahlı işğalına məruz qalmış olsa idik, düşünmürəm ki, bu, otuz il çəkə bilərdi", deyə İtaliya xarici işlər nazirinin müavini bildirib.

İtaliyanın diplomatik roluna münasibətdə E.Çirielli əminliyini ifadə edib ki, ölkəsi bu işdə mühüm rol oynaya bilər. "Amma azərbaycanlılar ermənilərə qarşı güc tətbiq edənlər kimi göstərilməyə davam edilsə, bu, sülhə kömək etməyəcək. Ən yaxşı yol, Gürcüstanın bir müddətdir etdiyi kimi, yumşalma mövsümünə başlamaqdır: xristian ölkəsi olmasına baxmayaraq, o, eyni zamanda Azərbaycan üçün imtiyazlı tərəfdaşdır və İtaliya kimi, böyük vasitəçilik potensialı roluna malikdir, çünki o, həmişə Azərbaycanın hüquqi və beynəlxalq maraqlarını müdafiə edib. Beynəlxalq hüququn və BMT prinsiplərinin müdafiəçisi olan İtaliyanın bu xətti dəstəkləməməsi qəribə görünərdi", deyə E.Çirilelli fikirlərini tamamlayıb.

Mənbə: qafqazinfo.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1027   Tarix: 02 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ölkə Böyük Britaniyadan ayrılmaq istəyir

Şotlandiya parlamenti Böyük Britaniyada müstəqilliklə bağlı referendum keçirilməsi ideyasını dəstəkləyib. Trend-ə istinadən bildirir ki, bu barədə Şotlandiya hökumətinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanan bəyanatda bildirilib. Qeyd olunur ki, Şotlandiyanın birinci nazir

27 may
.

Kaliforniyada kimyəvi maddə sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ştatda baş verən kimyəvi maddə sızması ilə əlaqədar Orinc dairəsində fövqəladə vəziyyət rejimi elan etdiyini bildirib. xəbər verir ki, Nyusom bu barədə "X" sosial şəbəkəsində yazıb. Xatırladaq ki, hadisə mayın 21-də "GKN Aerospace"

24 may
.

Yerin fırlanması ilə bağlı misli "görünməmiş" dəyişiklik: 3,6 milyon ildə belə olmayıb

Alimlər bildirirlər ki, iqlim dəyişikliyi Yer kürəsinin fırlanmasına təsir göstərir və günlərin uzanma sürəti son 3,6 milyon ildə "misli görünməmiş" səviyyəyə çatıb. Qaynarinfo xəbər verir ki, bu barədə " yazır. Buzlaqların əriməsi və kütlənin yerdəyişməsi. Qlobal istiləşmə nəticəsind

26 may
.

Tarixdəki ən yüksək səs nə olub? - Planeti 3 dəfə dövr edən şok dalğası

Qulaqları kar edə biləcək gücdə bir partlayışın planetin o biri ucundan eşidilə biləcəyini heç düşünmüsünüz? Gündəlik həyatda rastlaşdığımız səslər, tarixdə baş vermiş bəzi nəhəng hadisələrin yanında olduqca zəif qalır. Qaynarinfo-nun məumatına görə, elmi məlumatlar və tarixi qeydlər göstərir ki, Ye

25 may
.

İran ilə ABŞ arasında fikir ayrılıqları olan məsələlər açıqlanıb

İran ilə ABŞ arasında bəzi məsələlərdə irəliləyiş əldə olunsa da, Ağ Evin İslam Respublikasına aid aktivlərinin sərbəst buraxılması ilə bağlı öhdəliyi, Hörmüz boğazı məsələsi və s. mövzularda hələ də ciddi fikir ayrılıqları mövcuddur. "Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliy

24 may
.

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb

Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb. "Report" bu barədə "İxlas" Xəbər Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Ankara-Çanaqqala marşrutu ilə hərəkət edən avtobus Biqa rayonunun girişində idarəetmədən çıxaraq aşıb

24 may
.

Pentaqon rəhbəri hərbçilərin sayını artırmağı planlaşdırır

ABŞ, ordusundakı hərbçilərin sayını 2027-ci ilə qədər artırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib. "Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq", - deyə o bildirib. Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu 2026-c

24 may
.

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri

24 may
.

94 il sonra əfsanəvi firon heykəlinin ikinci hissəsi tapıldı

Misirdə aparılan arxeoloji qazıntılar zamanı əfsanəvi firon heykəlinin ikinci hissəsi aşkarlanıb. Tapıntı alimlər tərəfindən son illərin ən mühüm arxeoloji kəşflərindən biri hesab olunur. Qaynarinfo xəbər verir ki, "Daily Galaxy" nəşrinin məlumatına görə, 2024-cü ilin yanvarında Qahirənin cənubundak

25 may