DYP sürücülərə MÜRACİƏT etdi
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib.
İdarənin rəsmisi polis mayoru Araz Əsgərli bildirib ki, əlilliyi olan insanların hüquqlarının qorunması məsələsi geniş mənada başa düşülən anlayışdır:
"Dekabrın üçü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
Belə ki, bu kateqoriyadan olan insanların sərbəst və təhlükəsiz hərəkətlərinin təmin edilməsi məsələsi dövlətin daim diqqət mərkəzindədir. Xüsusən də 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasında sağlamlığını itirən bir sıra gənclərimizin və ümumilikdə yollarda xüsusi qayğıya ehtiyacı olan hər bir vətəndaşımıza anlayışlı münasibət göstərmək, onların təhlükəsizliyi üçün daim qayğı göstərmək hər birimizin vəzifəsi olmaqla yanaşı həmdə insanlıq borcudur.
Hərəkətin bütün iştirakçılarından yol infrastrukturunda sağlamlıq imkanları məhdud olan şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmağı, yollarda hərəkətin təhlükəsizliyinə hesablanmış yol nişanlarının, pandusların, sərnişindaşıma və parklama kimi məsələlərdə müəyyən edilən üstünlüklərə cəmiyyət olaraq hər bir fərdin həssas münasibət göstərməsini xahiş edirik.
İnklüziv həyat tərzinin əsas göstəricilərindən biri kimi, hərəkətin təhlükəsizliyi və əlçatanlığını ictimai məsuliyyət hissi ilə təmin etməyi isə unutmamalıyıq. Bir-birimizə anlayışlı və diqqətli münasibət göstərmək isə sivil cəmiyyət olaraq inkişafımıza mütləq qaydada öz tövhəsini verməklə yanaşı formalaşan yeni nəsil üçün də düzgün nümunədir".
"Bir daha sürücülərdən və hərəkətin bütün iştirakçılarından sağlamlıq imkanları məhdud olan şəxslərə yollarda diqqətli və nümunəvi münasibət göstərməyi, eləcə də yol hərəkəti qaydalarının tələblərinə və təhlekəsizlik üçün nəzərdə tutulan qaydalara ciddi məsuliyyət hissi ilə əməl etməyi xahiş edirik!", - deyə DYP rəsmisi vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 947 Tarix: 03 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabr"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr