"Qərbi Azərbaycana soydaşlarımızın qayıdışı, özündə hüquqi, siyasi, vətəndaşlıq və humanitar məsələləri birləşdirir" - Politoloqla Müsahibə

"Qərbi Azərbaycana soydaşlarımızın qayıdışı, özündə hüquqi, siyasi, vətəndaşlıq və humanitar məsələləri birləşdirir" - Politoloqla MüsahibəPolitoloq, keçmiş deputat Elçin Quliyev Sonxeber.az saytının suallarını cavablandırıb.

-Məlum olduğu kimi, artıq Qarabağ problemi həll olunub. Lakin, Ermənistan müxtəlif bəhanələr gətirərək sülh müqaviləsinin imzalanmasını yubadır. Bu baxımdan Azərbaycan Ermənistana sülh müqaviləsinə məcburetmə tədbirləri görə bilərmi?

-Cənab prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə Ermənistan-Azərbaycan arasında bir çox məsələlərə aydınlıq gətirir və Azərbaycan mövqeyini prinsipial olaraq təqdim edir. Ermənistan da açıq şəkildə sülhdən yayındığını detalları ilə vurğuladı. Bu, həm beynəlxalq birliyə Ermənistanın mövqeyinin və Azərbaycanda sülhə maraqlı olduğunun göstəricisidir. Cənab prezidentin sərhədlər ilə bağlı verdiyi fikirlər obyektiv bir yanaşmadır. Çünki Ermənistan məhz sovet höküməti dağılandan sonra Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirir və Azərbaycan ərazi bütövlüyünü, sərhədlərlə tanımayıb və bundan sonra hansı istiqamətdə olacaqsa, Ermənistan elə onları müəyyən etməyib. Baxmayaraq ki, şifahi olaraq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğuladı.

Sülh müqaviləsinin imzalanmasına gəldikdə isə bu məsələdə Ermənistan dərk etməldir ki, onların başqa bir yolları qalmayıb. Sülh müqaviləsinin imzalanması qaçılmazdır. Düşünürəm ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanmasını reallaşdıracaq. Əks halda Ermənistana Beynəlxalq təyziqlər olmalıdı.

-3+3 formatı və iki ölkə arasında təşkil edilən təkbətək görüşlər Cənubi Qafqazda daimi təhlükəsizlik üçün mühüm amil ola bilər?

-Azərbaycan və Ermənistan arasındakı görüşlər və müzakirələr Cənubi Qafqaz bölgəsində daimi təhlükəsizlik üçün əhəmiyyətli bir rol oynaya bilər. Hər iki ölkə arasında müzakirələr və razılaşmalar sülh və təhlükəsizliyin təminatına nail olmağa kömək edə bilər. Qarşıdurma və mübahisələrin həlli bölgədə sabitliyin təmin edilməsinə kömək edə bilər və bu, regionun inkişafına, əhalinin rifahına və təhlükəsizliyin artmasına imkan verəcək.

Əslində, bütün tərəflərin diaqnostika və müzakirə prosesinə səmərəli şəkildə cəlb olunması, regionun stabiilliyinin və təhlükəsizliyinin artmasında əhəmiyyətli bir rola malik olacaq. İqtisadi, mədəni və siyasi sahədə iş birliyinin artması, əlaqələrin normalizasiyası və regionun birgə faydalı layihələri üçün əməkdaşlığın təşviqi, bütün tərəflərin maraqlarının qorunması üçün önəmlidir.

Lakin, hər hansı bir müzakirə və razılaşma prosesi kompleks və uzun müddətli bir proses ola bilər və tərəflər arasında müzakirələrin davam etməsi və təşkil olunmuş görüşlərin nailiyyəti əhəmiyyətli olacaq.

-ABŞ hazırda ermənipərəst mövqeyini nümayiş etdirərək Azərbaycanı əsas hədəf kimi seçib. ABŞ-nin çirkin bəyanatlarının arxasında hansı məqsədlər dayanır. ABŞ Ermənistana hansı şərtlərlə "suverenlik" qarantı verir?

-Azərbaycan-Ermənistan arasındakı siyasi, diplomatik münasibətlər barədə ümumi bir kontekstə gəldikdə, ABŞ və digər beynəlxalq ölkələrin mövqeyi geniş perspektivlərlə təyin olunur. Yəni bir sıra faktorlara əsaslanaraq həm də daxili və beynəlxalq siyasi maraqlarını təmin edilməsinə çalışılır. ABŞ-ın Ermənistana dəstək verməsi və Azərbaycana qarşı göstərdiyi bir tərəfli mövqeyini Rusyanın marağlarına zidd kimi dəyərləndirirəm.

Qafqazda həm Amerikanın həmdə Rusiyanın marağları var. Bunun üçündə Amerika hər vəchlə çalışır ki, Qafqaza sülühü pozsun. Amerika hər iki ölkəyə müxtəlif prizmadan baxır və öz maraqları üçün təsir göstərməyə çalışır. Nəticədə Azərbaycana qarşı çirkin niyyətləri bəllidir. Buna baxmayaraq Azərbaycan Qafqazada təhlükəsizliyin və sülhün təminatı üçün bütün imkanlarından istifadə edir. Çox təəsüf ki, Amerika və Avropa bu məslədə ədalətsiz mövqedən çıxış edirllər.

-Bu gün müzakirə olunan əsas məsələlərdən biri də Qərbi Azərbaycana soydaşlarımızın qayıdışıdır. Sülh danışıqları zamanı bu məsələ qaldırıla bilərmi?

-Günümüzdə Qərbi Azərbaycan soydaşlarının qayıdışı, özündə hüquqi, siyasi, vətəndaşlıq və humanitar məsələləri birləşdirir. Bu məsələ, hər iki tərəfin razılığı ilə qarşılanmalıdır və sülh danışıqları zamanı müzakirə edilə bilər. Sülh danışıqları geniş spektrdə məsələləri əhatə edə bilər, ən çətin və narahatlıq doğuran problemlər arasında hüquqi və humanitar məsələlər daxildir. Qayıdış məsələsi, habelə məcburi köçkünlük və əsirlik kimi məsələlər, müzakirələr əsasında qarşılanmalıdır.
Əsas qayıdış məsələsi kimi bu məsələni müzakirə etmək, tərəflər arasında güclü bir etimadın inkişaf etməsinə, ərazi mübahisələrinin həlli və sülhün əldə edilməsinə kömək edə bilər. Bununla birlikdə, hüquqi çətinliklər və humanitar məsələlər, müxtəlif tərəflərin maraqları və etimadın inkişaf etməsinin gücünü nümayiş etdirə bilər. Ən əhəmiyyətli olanı, bu məsələlərin müzakirə olunmasının sülhün əldə edilməsi üçün birləşmiş bir iradə və bərabərlik müstəsna rolu oynayacaqdır. Ümüd edirəm Qərbi Azərbaycanlılar öz dogma yurdlarına dönəcklər.

-Qərbi Azərbaycana qayıdışı təmin edən zaman qərb bu istiqamətdə müdaxilə yarada bilər?

-Qərbi Azərbaycan soydaşlarının qayıdışı məsələsi müxtəlif siyasi, hüquqi və humanitar məsələləri əhatə edir və həllinə çox tərəfli bir yanaşma tələb edir. Bu məsələ həll edilərkən, beynəlxalq tərəflərin mövqeyinə və reaksiyasına çox diqqət edilməlidir.

Beynəlxalq hüquq və norma qaydalara əsaslanan müdaxilələr ən çox qanunvericilik, diplomatik və humanitar sahələrdə baş verir. Əgər beynəlxalq təşkilatlar və dövlətlərin bu prosesi dəstəkləməsi sülh prosesinin inkişafına və soydaşlarımızın öz dogma yurdlarına qayıdışına kömək edə bilər.

Ən əhəmiyyətli olan, odur ki, Azərbaycan bu məsələdə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun hərəkət edir və sülh və əminliyin qurulması üçün faydalı addımlar atır.

-Son olaraq bir məqamı diqqətə çatdırmaq istəyirəm. Azərbaycan bu qərar ilə bağlı istiqamətdə hansı addımlar atmalıdı? Həriçilərimizin geri qaytarılması hansı hallarda mümkündür?

-Bilirsizniz ki, Ermənistan dövlət olaraq yox dərəcəsinə gəlib çatıb. Onların qəbul etdikləri qərararlar heç bir beynəlxalq hüquqa və insan hüquq və azadlıqlarına söykənmir. Bu səsbəbdən də Azərbaycan Beynəlxalq Hüquq çərçivəsində Ermənistana öz təsirini göstərməlidr. Digər bir yol isə danışıqlar yoludur.

Ermənistanın xunta rejiminə etibar etməkdə olmur. Onlar 8 noyabr 2020-ci il bəyannaməsinin hansı bəndlərini icra ediblər ki? Düşünürəm Azərbaycan Dövlətinin bu məsələ ilə bağlı hər hansı bir mövqeyi vardır. Hər hansı bir halda əsgərlərimizin geri qayatarılması üçün lazımi tədbirlər görüləcəkdir.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 935   Tarix: 07 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub. Bildirilib ki, əsas problem Bakıxanov küçəsi, 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən restoranı

2 oktyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr