Sahibə Qafarova Koreya Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova Koreya Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova dekabrın 7-də Koreya Respublikası Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsinin sədri İn-suk Kvonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Sonxeber.az xəbər verir ki, görüşdə Azərbaycan və Koreya arasındakı münasibətlərin mövcud vəziyyətinin məmnunluq doğurduğu qeyd olunaraq, ölkələrimiz arasında fəal siyasi dialoq və sıx iqtisadi əməkdaşlıq münasibətlərinin çoxsaylı istiqamətlər üzrə əlaqələrin inkişafına geniş perspektivlər yaratdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusilə dövlət başçılarının səfərləri ikitərəfli münasibətlərin daha da genişlənməsi üçün çox möhkəm zəmin yaradıb.

Cari ilin noyabr ayında Koreya Respublikasına rəsmi səfərini xatırlayan Milli Məclisin sədri, səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu bildirib. O, görüşlərdə parlamentlərimizin müvafiq komitələri arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıldığını xatırladıb.

Görüşdə, həmçinin hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası münasibətlərin inkişafında xüsusi rol oynadığı ifadə edilib.

Söhbət zamanı tərəflər gender məsələlərinə dair də fikir mübadiləsi aparıblar. Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycanda qadın hüquqlarının təmin olunması, qadınların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılmasının bu sahədə hökumət-parlament əməkdaşlığının təmin edilməsi istiqamətində atılmış mühüm addım olduğunu bildirib.

Koreya Respublikası Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsinin sədri İn-suk Kvon da Azərbaycanda olduğu kimi, Koreyada da gender məsələlərinə, qadın hüquqlarının qorunmasına və qadınların ictimai həyatda fəallıqlarının artırılmasına böyük əhəmiyyət verildiyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən komitə sədri, ümidvar olduğunu deyib ki, belə səfərlərin intensivliyi daha da artacaq. Ölkələrimiz və xalqlarımız arasında oxşar cəhətlərin çox olduğunu söyləyən İn-suk Kvon, münasibətlərimizin inkişafı üçün böyük potensialın mövcudluğunu ifadə edib. O, enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib rolunu diqqətə çatdırıb.

Söhbət zamanı regionda mövcud olan vəziyyət barədə də məlumat verilib.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Koreya Respublikası Milli Assambleyasının üzvü, Gender Bərabərliyi və Ailə Komitəsinin sədr müavini, Koreya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Şin Hyun-yonq və digər rəsmi şəxslər iştirak ediblər.
Sahibə Qafarova Koreya Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 643   Tarix: 07 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub. Bildirilib ki, əsas problem Bakıxanov küçəsi, 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən restoranı

2 oktyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr