"Hərbiçilərimizin əsirlikdən azad edilməsi cənab prezident İlham Əliyevin siyasi iradəsini və gücünü bir daha sübut etdi" - DEPUTAT
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, əsirlikdə olan iki hərbçimizin azad edilməsi cənab prezident İlham Əliyevin siyasi iradəsini və gücünü bir daha sübut etdi:
"Ali Baş Komandan İlham Əliyev nəyi, necə və nə vaxt edəcəyini yaxşı bilir. Bu gün danışıqlar masasında yalnız Azərbaycan dövlətinin şərtləri müzakirə edilir. Əlbəttə, biz buna cənab prezident İlham Əliyevin dəmir iradəsinin və yüksək diplomatik qabiliyyətinin nəticəsində nail olmuşuq".
Deputat vurğulayıb ki, Naxçıvan istiqamətində yolu azaraq Ermənistana keçən iki hərbiçimiz, Hüseyn Axundov və Aqşin Bəbirovun əsirlikdən azad edilməsi cənab prezident İlham Əliyevin vətəndaşına verdiyi dəyərin göstəricisidir:
"Bilirsiniz ki, ölkə rəhbərliyi heç bir zaman vətəndaşını darda qoymayıb. Biz bunun artıq bir neçə dəfə şahidi olmuşuq. Mən də özlüyümdə növbəti dəfə bizə bu gözəl qələbəni və sevinci yaşadan cənab prezident İlham Əliyevə təşəkkür edir, azad olunan hərbiçilərimizin ailələrinə gözaydınlığı verirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"