Baş nazir Qarabağ Universiteti ilə bağlı sərəncam imzalayıb
Baş nazir Əli Əsədov "Qarabağ Universitetinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın Ədliyyə, Elm və Təhsil, İqtisadiyyat, Maliyyə nazirlikləri və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Qarabağ Universitetinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Həmin qurumlar bir ay müddətində Universitetin nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Həmçinin Maliyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində universitetin fəaliyyətinin maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Nazirlər Kabinetinə təqdim edəcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində universitetin Xankəndi şəhərində torpaq sahəsi ilə təminatı məsələlərini həll edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Elm və Təhsil Nazirliyi isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində universitetin Xankəndi şəhərində tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim eməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verəcək.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı